Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azər Paşa Nemətova qarşı üsyan dalğası böyüdü

"Mənə dedi ki, onu satmalıyıq..."

Azərbaycan Teatr Xadimləri İttifaqının son konfransı və Xalq artisti Azər Paşa Nemətovun yenidən sədr seçilməsindən sonra, bu təşkilat ətrafında qalmaqal səngimək bilmir.

Xalq artistinin yenidən sədr seçilməsi bir çox aktyorların ürəyincə olmayıb. Onlardan birincisi Xalq artisti Afaq Bəşirqızı idi ki, İttifaqı boykot edərək konfransı tərk etmişdi. Daha sonra, Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Elnur Kərimov TXİ-nın üzvlüyündən imtina etdi. Zaman ötdükcə narazıların sayı artmaqdadır.

Teatrlarla bağlı araşdırmaçı, sənətşünas Ənvər Börüsoy da Teatr Xadimləri İttifaqı haqda sərt sözlər deyib. O, qeyd edib ki, İttifaq özünün ən çətin dövrünü yaşayır:

“Yaxşı xatırlayıram ki, əvvəllər "Aktyorlar Evi"ndə yaradıcılıq gecələri keçirilirdi, teatr festivalları təşkil edilirdi. Teatr truppalarına tamaşa ilə çıxış etmək üçün şərait yaradılırdı. İncəsənət unversitetində rejissor, aktyor ixtisasları üzrə təhsil alan tələbələr bu tamaşalarda özünü göstərə bilirdi. Azər Paşa Nemətov gələndən sonra 15 ildir ki, "Aktyorlar Evi" ölüm bürosuna dönüb. Ancaq ölmüş sənətçilərin anım tədbirləri keçirilir.

Bilirsiniz ki, bu itiffaq 1890-cı ildə yaranıb, 102 yaşı var. Bu təşkilat heç vaxt bu durumda olmayıb. Teatr Xadimləri İttifaqının İdarə Heyətinə nəzər salın, ən gənc üzvü olan Azər Zeynalovun 56 yaşı var, qalan hamısı 70 yaşdan yuxarı insanlardır. Bura gəncləri cəlb etmək lazımdır. Allah uzun ömür versin, Cənnət Səlimova böyük sənətkardır, amma 79 yaşı var. Sual verirəm ki, 79 yaşında insan müasir teatr yenilikləri ilə necə ayaqlaşa bilər?

Azərbaycan Prezidenti cənab İlham Əliyev 2006-cı ildə teatrlarla bağlı çox mükəmməl bir qanunu təsdiqləyib. Bu qanunun müəyyən maddələri Avropa standardlarından da üstündür. Amma indiyə qədər qanuna əməl edilmir. Prezidentin teatırların inkişafı ilə bağlı təsdiqlədiyi 10 illik sənəd var, 2009-2019-cu illəri əhatə edir. Gəlin nəzər salaq ki, bu illər ərzində teatr mühitində nələr baş verib? Bəli, Mədəniyyət Nazirliyi bir sıra teatırları təmir edib, müəyyən aktyorların sosial vəziyyəti yaxşılaşıb. Amma Teatr Xadimləri İttifaqı nə etdi?”.

Teatr Xadimləri İttifaqında baş verənlərə etiraz edən sənətçilərdən biri də Əməkdar artist Vaqif Kərimovdur. O, qeyd edib ki, Teatr Xadimləri İttifaqının heç Azərbaycanda fəaliyyət göstərən teatrlardan xəbəri belə yoxdur:

“Teatr Xadimləri İttifaqının ən azı Azərbaycanda fəaliyyət göstərən teatrlardan xəbəri olmalıdır. Amma bu gün onların bu teatrlardan xəbərləri yoxdur. Rayon tetatrlarını demirəm, mərkəzi teatrlarda bu qədər tamaşalar hazırlanır, Teatr Xadimləri İttifaqının bu tamaşalardan xəbəri varmı?! Bütün tetatrların problemləri, aktyorların problemləri var. Bunların hamısını Teatr Xadimləri İttifaqı həll edə bilər. Bu gün ittifaq iki kabinetdən ibarətdir, hanı bu təşkilat üçün Mustafa Mərdənovun min bir əziyyətlə tikdirdiyi bina? Belə eşitmişəm ki, icarəyə verilib. Orada restoran var. Kimə icarəyə verilibsə, yəgin gəliri də Teatr Xadimləri İttifaqına gəlir. Bu gəlirdən teatr, aktyorlar üçün istifadə etmək olar axı”.

Teatr Xadimləri İttifaqının keçmiş üzvü Şamil Ağayev isə İttifaqın hazırkı sədri Azər Paşa Nemətovun ünvanına daha sərt ittihamlar səsləndirib:

“Təşkilatın nizamnaməsində bu öz əksini tapıb. Teatr Xadimləri İttifaqına aid olan yerlər icarəyə verilə bilər, İttifaqa ianələr edilə bilər. Tetatrlar bir faiz gəlirini İttifaqa köçürməlidir. Dövlətimiz teatr xadimləri ittifaqına Hövsan qəsəbəsində 6 hektar, Qanlı gölün yaxınlığında 2 hektar torpaq sahəsi ayırmışdı. Orada bədii kombinat tikilməli idi. Teatr tamaşaları üçün lazım olan avadanlıqlar burada istehsala edilməli idi.

Bundan əlavə, toxuculuq sexi var idi, 8-ci mikrorayonda mağaza var idi. Bunları yox elədilər, bağladılar, satdılar...

Rəhmətlik Lütfiyar İmanov sədr olan vaxtı, Nazirlər Kabinetinin qərarı ilə Azadlıq prospektindəki 3 və 4 nömrəli dəyirmanların yerini, təxminən 1 hektar ərazini vermişdilər ki, istehsalat sexi yaradılsın. Sonra belə oldu ki, şəhərin mərkəzində olan bu yerə çox adamın gözü düşdü. Azər Paşa müəllim məni dəvət etdi ki, onu sataq. Dedim ki, bunun çıxarışı yoxdur, burada hamının payı, haqqı var. Sonra gedib bir əmr imzaladı, guya öz ərizəmlə işdən çıxmışam. Əmrə baxanda dedim ki, axı mən ərziə yazmamışam. Məni necə çıxarıb işdən?!

Teatr Xadimləri İttifaqından istefa verən gənc aktyor Elnur Kərimov isə bu qərarından peşman olmadığını deyib:

“Mənim üçün önəmli deyil ki, orada kim əyləşib. Əsas odur ki, fəaliyyət göstərsinlər. Teatr Xadimlər İttifaqının fəaliyyətini bir az genişləndirmək lazımdır. Azərbaycanda teatr festivalı keçirildi, amma Teatr Xadimləri İttifaqı kənarda qaldı, niyə?!

Bu yaxınlarda konfrans keçirdilər, mən də iştirak etmək istədim. Qapıda dayanan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının bəzi işçiləri canfəşanlıq etilər ki, mən içəri keçməyim. Qarşımı kəsdilər ki, “olmaz, çıxın bayıra...”. Bu, sənət adamına qarşı ediləcək bir hərəkət deyil. Bu kobudluğu onlara heç vaxt bağışlamayacam. Onlar nə vaxt sənətdən danışsa, məcazi mənada ağızlarından vura bilərəm. Çox şükürlər olsun ki, o İttifaqdan çıxdım”.

Qeyd edək ki, bu ittihamlar, fikirlərlə bağlı Teatr Xadimləri İttifaqından heç bir açıqlama vermək istəmədikləri bildirilib. (Redaktor.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar