Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qırğızıstan Baş prokurorunun müavini Azərbaycanda səfərdədir

Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir....

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikası Prokurorluğu cinayətkarlıqla mübarizə sahəsində bir sıra beynəlxalq və regional təşkilatlarla, o cümlədən xarici ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları ilə işgüzar əlaqələrin və dostluq münasibətlərinin qurulması zəminində səmərəli fəaliyyətini davam etdirir.

Baş Prokurorluqdan verilən məlumata görə, əməkdaşlıq əlaqələrinin davamı olaraq, noyabrın 4-də Qırğız Respublikası Baş prokurorunun müavini Cəmilə Camanbayevanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.

Nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib.

Həmçinin qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Daha sonra Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov ilə nümayəndə heyətinin görüşü olub.

Görüşdə eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyi xüsusilə qeyd olunub.

Söhbət zamanı etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan Azərbaycan-Qırğızıstan əlaqələrindən danışan Baş prokuror Zakir Qaralov dövlətimizin başçısı İlham Əliyevin qətiyyətli siyasi iradəsi ilə reallaşdırılan kompleks və ardıcıl islahatlar nəticəsində cəmiyyət həyatının bütün sahələrində, o cümlədən sosial-iqtisadi sferada və məhkəmə-hüquq sistemində əldə edilən son nailiyyətlərə mütənasib olaraq, ölkəmizin mötəbər beynəlxalq reytinqlərdəki mövqelərinin ildən-ilə daha da yaxşılaşdığını bildirib.

Görüşdə, həmçinin Azərbaycan və Qırğızıstan prokurorluqları arasında münasibətlərin müsbət dinamikasını vurğulayan Baş prokuror bu əlaqələrin gələcəkdə də inkişaf etidirilməsinin zəruriliyindən və perspektivlərindən danışıb. Habelə qonaqlara Azərbaycan Prokurorluğunun fəaliyyət istiqamətləri, strukturu və kadr potensialının təkmilləşdirilməsi sahəsində əldə etdiyi müsbət təcrübələr barədə ətraflı məlumat verilib, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində ölkəmizin MDB məkanında cinayətlərin sayına görə ən müsbət göstəricilərə sahib olduğu diqqətə çatdırılıb.

Azərbaycan Respublikası Prokurorluğu orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Qırğız Respublikası Baş prokurorunun müavini Cəmilə Camanbayeva göstərilən yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirib. İki qardaş türk dövlətinin prokurorluq orqanları arasında uzunmüddətli sıx əlaqələrin olduğunu bildirən qonaq respublikamızın qısa zamanda bir çox sahələrdə mühüm uğurlar əldə etməsinin canlı şahidi olduğunu vurğulayıb. O, xüsusilə məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri təqdirəlayiq islahat nümunəsi kimi dəyərləndirib.

C.Camanbayeva səfərinin əsas məqsədinin ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi nailiyyətlər, bu istiqamətdə ixtisaslaşmış qurumun fəaliyyətini öyrənmək, o cümlədən “ASAN xidmət” və “DOST” mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olmaq, habelə Azərbaycanın Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO), İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD) kimi beynəlxalq qurumlarla iş təcrübəsini öyrənmək olduğunu bildirib.

Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb, tərəfləri maraqlandıran məsələlər müzakirə edilib. Həmçinin iki ölkənin müvafiq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Qonaqlar daha sonra Azərbaycan Respublikası Prokurorluğunun tarix muzeyi ilə tanış olublar.

Daha sonra nümayəndə heyəti Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində olub.

Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qonaqlara ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktları, prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması və aparılan əsaslı islahatlar, eləcə də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, o cümlədən Baş İdarədə fəaliyyət göstərən əməliyyat axtarış qurumları və “161 - Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verib. Kamran Əliyev Azərbaycanın GRECO ilə 2004-cü ildən davam edən uğurlu əməkdaşlığını xüsusi vurğulayaraq, beynəlxalq qurumlarla əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyini diqqətə çatdırıb.

Nümayəndə heyəti Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş inzibati binasında normativ-hüquqi aktlarla zəngin və digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş “161 - Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə yaxından tanış olub.

Qırğızıstan nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvləri ilə görüşlər keçirib. Qonaqlar, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının və korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin səmərəli nümunəsini təşkil edən “ASAN xidmət” modeli ilə tanışlıq məqsədilə 5 saylı Bakı “ASAN xidmət” mərkəzini fəaliyyəti ilə yaxından tanış olublar.

Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar