Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adil Əliyevin açıqlaması qalmaqal yaratdı

Millət vəkili Adil Əliyevin İTV-də müsahibəsi zamanı “millət vəkili imkanlı şəxs olmalıdır” ifadəsi qalmaqala səbəb olub...

Belə ki sosial şəbəkə istifadəçiləri bu yanaşmanı tənqid edib, ölkənin böyük əksəriyyətinin imkansız olduğu halda belə bir düşüncənin dilə gətirilməsinin doğru olmadığını vurğulayıblar.
Vaxtilə seçkilər zamanı A. Əliyevin rəqibi olmuş tanınmış hüquqşünas isə Aslan İsmayılov isə bu açıqlamaya sərt reaksiya verib: “Adil Əliyev 2010-cu ildə keçirilən parlament seçkilərində məmin rəqibim olub və saxta yolla deputat seçilib” deyən A. İsmayılov Yenisabah.az-a deyib ki, bunu Avropa İnsan Haqları Məhkəməsi də sübut edilib.

“Ona görə də Adil Əliyevin dediklərinə inanmıram. O da digər millət vəkilləri kimi yalan danışır, biznesinin omadığını deyir və s. Dünyanın normal ölkələrində millət vəkilləri imkanlı şəxslər olmur. Millət vəkilləri xalqın içindən çıxan, onların problemini bilən, duyan və həll etməyə çalışan şəxslər olur. Amma Azərbaycanda bir qədər fərqlidir”, - deyə Aslan İsmayılov bildirib.

Hüquqşünas əlavə edib ki, Azərbaycan parlamentində millət vəkillərinin əhəmiyyətli hissəsi bizneslə məşğul olur: “Bizneslə məşğul olurlar. Sonra da qazandıqları pullar hesabına mandat əldə edib parlamentdə otururlar. Məqsədləri isə bizneslərini qorumaqdır. Ona görə də xalq yada düşmür, ona görə də vaxtaşırı xalqın maraqlarına zidd çıxışlar edirlər. Bəziləri korrupsiyaya bulaşıb. Ona görə bu gün Milli Məclisə etimad yoxdur, sosial şəbəkələrdə deputatlar lağa qoyulur və s.

İndi Adil Əliyev deyir biznesi yoxdur. Amma özü də bilir ki, yalan danışır. Bir daha qeyd edirəm ki, onun saxta yolla deputat seçildiyi sübut olunub. Bu baxımdan onun dediklərinə inanmıram”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar