Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni PA rəhbəri müxalifətlə münasibətləri necə qurmalıdır

Politoloq: “Siyasi sistemdə iqtidarla müxalifətin münasibətlərinin yaxşılaşması bir çox daxili və xarici qüvvələrə sərf etmir”...

Azərbaycanın əsas siyasi vəzifələrindən birinə-Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təmiz reputasiyalı, işgüzar və məmur oliqarxiyasına qarşı olan şəxs gətirildi. 44 yaşlı Samir Nuriyevin bu cür mühüm posta layiq olduğu bildirilir. Müzakirə olunan məsələlərdən biri də onun siyasi münasibətlərdə, xüsusən də hakimiyyətə müxalifətdə olanlarla münasibətlərdə ənənəvi mühafizəkarlığı aradan qaldırmağı bacarıb-bacarmayacağıdır.

Bu mövzuda fikirlərini “Yeni Müsavat”la bölüşən politoloq Nəzakət Məmmədova bildirdi ki, Azərbaycanda hakimiyyətlə müxalifət arasında təəssüf ki, siyasi sistemin dayanıqlığını təmin edəcək səviyyədə lazımi etimad mühiti formalaşmayıb. Müxalifətin radikal adlandırılan hissəsinin liderləri hakimiyyəti müxtəlif məsələlərdə ittiham edir, iqtidar isə bugünkü bəlaların səbəbkarının 1992-1993-cü illərdə hakimiyyətdə olmuş AXC-Müsavat cütlüyünün olduğunu səsləndirir. Bütün bu qarşılıqlı ittihamlar səngimədikcə çətin ki, siyasi münasibətlər sistemində ciddi müsbət irəliləyişə nail olmaq mümkün olsun: “İlk növbədə, keçmişi unudub gələcəyə baxmaq lazımdır. Ölkənin düşdüyü vəziyyət bütün siyasi qüvvələrin səfərbər olmasını tələb edir. Siyasi sistemin müxalifətlə münasibətlər hissəsində ciddi dəyişiklik bir məmurun həll edə biləcəyi miqyasda məsələ deyil. İqtidar-müxalifət dialoqu tək bir məmurun həll edə biləcəyi miqyasında olan məsələ deyil. Xüsusilə də o məmurların siyasi proseslərdə çoxillik təcrübəsi yoxdursa. İstefaya göndərilən məmurlar sistem meneceri idilər, onlar sovet idarəçilik metodlarını müstəqil ölkənin idarəetməsinə transformasiya etməyi müəyyən qədər bacarmış, nəticədə gördüyümüz Azərbaycan siyasi sisteminin bugünkü mənzərəsi yaranmışdı. Bu, amorf, lakin hakimiyyəti qoruyub-saxlamağa və dayanıqlı etməyə müvəffəq olmuş siyasi sistem idi.

Digər tərəfdən, Azərbaycanda iqtidar-müxalifət məsələsi tək daxili siyasət məsələsi deyil, bu, həm bəzi daxili qüvvələrin, həm də xarici güclərin Azərbaycan siyasətinə təsir vasitələrindən, onu manipulyasiya etmə alətlərindən biridir. Bu baxımdan siyasi sistemdə iqtidarla müxalifətin münasibətlərinin yaxşılaşması bir çox güclərə-daxili və xarici qüvvələrə sərf etmir".

Politoloq vurğuladı ki, siyasi münasibətlər məsələsində, şübhəsiz, prezidentin şəxsi iradəsi əsas rol oynayan amildir: “Mühafizəkar hesab edilənlərin vəzifədən azad olmasının ardınca islahatlar var gücü ilə geniş vüsət alacaqsa, ölkənin nəinki ictimai-siyasi mühitində, bütün sahələrdə irəliyə doğru addımlar hiss olunacaq”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Ən çox oxunanalar