Şənbə, 23 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Adil Əliyev: "Millət vəkili imkanlı şəxslərdən olmalıdır" - Video

İTV-də yayımlanan 3D verilişinin budəfəki qonağı deputat Adil Əliyev olub...

Dadaş Dadaşlinskinin suallarını cavablandıran deputat bir çox maraqlı məqamlara toxunub.

Bir neçə gün bundan qabaq məhz bu verilişdə Osmanlı ordusu ilə bağlı hər kəs tərəfindən tənqid olunan fikirlər səsləndirən həmkarı Araz Əlizadə barəsində danışan Adil Əliyev onunla razı olmadığını qeyd edib: "Araz müəllimin fikirləri ilə razı deyiləm. Onun düşündüyünün əksi olaraq Qafqaz-Türk ordusunun Azərbaycanın, Bakının xilasında iştirakını yüksək dəyərləndirirəm. Heç bir maddi xeyir güdmədən qardaş Türkiyə ordusunu Azərbaycana göndərdi. Bununla da bizim qardaşlığımızı, bu hissləri bizə bir daha yaşatdı. Araz müəllim özünü türk saymırsa, öz fikridir. Heç kim onu qınaya bilməz ki, nəyə görə sən özünü türk saymırsan. Amma o, hər kəsin adından danışa bilməz. Azərbaycan xalqı adından danışmaq səlahiyyətini ona heç kim verməyib"

Adil Əliyev Dadaşlinskinin parlament jurnalistləri arasında keçirilən sorğuda siz passiv deputat kimi göstərilmisiz fikri ilə razılaşmayıb: "Bu fikir məni qəti narahat etmir. Çünki məni parlament jurnalistlərindən deyil, seçildiyim ərazidən, seçicilərimdən soruşsunlar. Mənim fəaliyyətimə Milli Məclisin rəhbərliyi və seçicilərim qiymət verməlidir".

Deputat zaman-zaman onunla bağlı mətbuatda yazılan iddialara da aydınlıq gətirib: "Son zamanlar fəaliyyətimi işıqlandırmaqdan bir az yan gəzirəm. Çünki bunu edən kimi müəyyən paxıl insanların mövqeləri ortaya çıxır və kiminsə torpağın zəbt eliyirəm, kiminsə evin sökdürürəm. Onu yazan insanlar araşdırmalar aparandan sonra gördülər ki, bu məsələlərin mənə heç bir aidiyyatı yoxdur. İnsanlar, Allah və vicdanım qarşısında təmiz olduğum halda niyə narahat olmalıyam".

Adil Əliyev İcra başçısının ondan 30 min rüşvət istəməsi məsələsinə qayıtmaq istəmədiyini bildirib: "O məsələ keçmişdə qalıb. Bu mövzu öz həllini tapıb. Heç bir pul verilməyib".

Deputat Dadaşlinskinin millət vəkilinin biznesi olmalıdırmı sualına maraqlı cavab verib: "Qanunvericiliklə deputat bizneslə məşğul ola bilməz. Mən hesab edirəm ki, millət vəkili imkanlı şəxslərdən olmalıdır".

Adil Əliyev sonda Çexiyada biznesinin və evlərinin olması barədə deyilənlər haqda danışıb: "Mənim deyildiyi kimi Çexiyada heç bir biznesim, evim yoxdur. Qardaşım və onun oğlu orda yaşayırlar. Onlar iş adamıdırlar. Orda qardaşımın biznesi var. Məncə onun biznesi elə mənim biznesimdir. Çexiyadakı mənzillərin qiyməti bizdəki Sulutəpədən qat-qat ucuzdur. Viza prosedurunu yüngülləşdirmək üçün orda ev almağın özü də ağıllı bir işdir. Azərbaycanın heç bir bölgəsində mənim heç bir şeyim yoxdur. Azərbaycanda bu gün o qədər villa var. Bunların hamısı deputatların, məmurlarındır? Kifayət qədər imkanlı iş adamı da var".(yeni sabah)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Adil Əliyev

loading...

Ən çox oxunanalar