Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ÖzSüt”-dən Hacıbala Abutalıbovla bağlı açıqlama: “Bu şəbəkə onların deyil”

“ÖzSüt” restoranlar şəbəkəsinin nə Hacıbala Abutalıbovla, nə də onun oğlu İsrafil Abutalıbovla heç bir əlaqəsi yoxdur. Restoranların sahibi başqa şəxsdir, bu restoranlar nə Abutalıbovların, nə də hər hansı digər vəzifəli şəxslərin nəzarətində və tabeliyində deyildir”

Bu fikirləri “Yeni Sabah”a “Hacıbala Abutalıbovun biznes obyektləri nəzarətə götürüldü” başlıqlı yazıya cavab olaraq “ÖzSüt” restoranlar şəbəkəsinin hüquqşünası Roman İsmayılov bildirib. 

O qeyd edib ki, “ÖzSüt” restoranlarının Türkiyədə 200-dən çox şöbəsi var, Azərbaycanda isə 2014-cü ildən fəaliyyətə başlayaraq ailəvi məkan kimi fəaliyyət göstərir. 

“ÖzSüt” restoranlar şəbəkəsinin təsisçisi tamam başqa bir şəxs və həmin restoranların onun tərəfindən  idarə olunduğunu qeyd edən R.İsmayılov “Ola bilsin ki, “ÖzSüt”ün icarəyə götürdüyü mülklərdən hansısa biri Hacıbala Abutalıbova yaxın şəxslərin mülkiyyətindədir. Amma “ÖzSüt” restoranlar şəbəkəsi Abutalıbovların deyil” - söyləyib.

“ÖzSüt”də vergi məmurlarının monitorinqlərə başlamasına gəlincə, R.İsmayılov qeyd edib ki, bununla bağlı hər hansı narahatlıq yoxdur. Belə ki, bu cür monitorinqlər yalnız “ÖzSüt”də deyil, digər restoranlarda da müntəzəm aparılır. Həmçinin, “ÖzSüt” restoranları tərəfindən Azərbaycan Respublikasının Vergi Qanunvericiliyinə tam olaraq əməl olunur və Vergilər vaxtı-vaxtında ödənilir. 

Xatırladaq ki, Baş Nazirin sabiq müavininə məxsus biznes obyektlərinə vergi məmurları tərəfindən nəzarətin gücləndirildiyi bildirilir və bu biznes qurumları arasında “ÖzSüt”ün də olduğu qeyd edilirdi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar