Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bəyanatlarla kifayətlənməməliyik” – Konqresdəki qalmaqallı qərar bizə necə təsir edəcək?

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Konqresinin Nümayəndələr Palatasında erməni soyqrımının tanınması ilə bağlı layihə qəbul edilib

“Atlas” Araşdırmalar Birliyinin sədri, politoloq Elxan Şahinoğlu “Yeni Sabah”a açıqlamasında bu layihənin senatın qəbul etməsinin reallığından və layihənin nəyə hesablanmağından danışıb:

“Bu qətnamə gözlənilməz idi. Çünki adətən “erməni soyqırımı” ilə bağlı məsələlər barədə əvvəlcədən məlumat verilir. Bu dəfə isə belə olmadı. Aydındır ki, Konqresin Nümayəndələr Palatası Türkiyənin bölgədə fəal rolundan narahatdır. Türkiyənin Suriyada terrorçu PKK təşkilatının uzantılarına qarşı başladığı hərbi əməliyyat və Rusiya ilə anlaşma imzalaması Amerikadakı siyasi dairələri narahat etdi. Ona görə də konqresmenlər Amerikadakı erməni lobbisi ilə birləşərək Türkiyə əleyhinə qətnamə qəbul etdilər. 

Türkiyəyə və Ərdoğana qarşı yalnız demokratlar çıxış etmirlər. Türkiyə və Ərdoğana qarşı siyasətdə demokratlara respublikaçıların bir qismi də dəstək verir. Məsələn, qətnamənin lehinə 405 nəfər səs verib, əleyhinə cəmi 11 nəfər olub. Bu isə o deməkdir ki, demokratlar Türkiyəyə qarşı respublikaçılarla birgə hərəkət ediblər. Senat respublikaçıların nəzarətindədir. Mümkündür ki, Donald Tramp Senata müraciət etsin ki, Nümayəndələr Palatasının qəbul etdiyi “qətnamə” təsdiq edilməsin. Ancaq əgər Nümayəndələr Palatasındakı respublikaçıların böyük əksəriyyəti “erməni soyqırımı” qətnaməsini qəbul ediblərsə, senat Trampın çağırışını eşitməyə də bilər. Nə vaxtsa senat da “erməni qətnaməsini” təsdiq edəcək və hansısa demokrat prezident Türkiyənin əleyhinə həmin “qətnaməyə” imzasını atacaq”.

E.Şahinoğlu qondarma rejimin nümayəndəsi Masis Mayilyanın layihənin qəbul edildiyi bir zamanda ABŞ-a səfər etməsinin təxribat xarakteri daşıdığını vurğulayıb:

“Bu Amerikadakı erməni lobbisinin təxribatıdır. Yəni konqresin bu “qətnaməsi” ilə eyni gündə edilən səfər təxribat xarakteri daşıya bilər. Faktiki bir gündə Konqresin Nümayəndələr Palatası həm Türkiyə, həm də Azərbaycanla münasibətlərə zərər vurmuş oldu. Bu da erməni lobbisinin hiyləgər gedişidir. Azərbaycan tərəfi də buna kəskin reaksiyasını bildirdi. Düşünürəm ki, biz yalnız bəyanatlarla kifayətlənməməliyik. Biz elə etməliyik ki, bizim Dağlıq Qarabağ İcmasının rəhbəri də bu cür səfərlərə çıxsın və xarici ölkələrdəki səfirlərimiz, ABŞ-dakı səfirimiz çalışsın ki, Dağlıq Qarabağ Azərbaycan İcmasının rəhbərinin Konqresdə görüşünü təşkil etsin”. 

Ekspert bu sıxışdırmaların Qarabağ məsələsinə təsirindən də danışıb:

“Biz görürük ki, həmsədrlərin fəalyyəti tərəfsiz deyil. Çox təəssüf ki, həmsədrlər erməni seperatçılarının nazı ilə oynayır, bəzən dəstək də verirlər. Son 10 gündə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 3 həmsədr dövlətin 3-nə də nota verib. Onlardan biri Rusiyadır. Rusiyanın deputatı Konstantin Zatuli qanunsuz olaraq Qarabağa gəlib, forumda iştirak edib, Azərbaycan əlehinə fikirlər söyləyib. Fransaya nota vermişik ki, Overn-Ron-Alplar Regional Şurasının sədri Loran Vokyenin ötən həftə Yerevana etdiyi səfər zamanı Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılan qondarma qurumun “xarici işlər naziri” Masis Mayılyan ilə görüşərək onunla “birgə bəyannamə” imzalayıb. İndi də ABŞ-a nota göndərəcəyik ki, hansı qanunlara görə, beynəlxalq hüquqa görə seperatçıların təmsilçisini Vaşinqtona dəvət edir? Bu ondan xəbər verir ki, əslində həmsədrlərin fəaliyyəti münaqişənin həllinə yönəlməyib”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar