Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Türkiyəni şantaj edir, Azərbaycanın “qərbyönümlü” siyasətçiləri susur

Xəbər verildiyi kimi, oktyabrın 30-da ABŞ Nümayəndələr Palatasında 1915-ci ildə Osmanlı İmperiyasında baş verən faciəvi hadisələrin ermənilərinin “soyqırım”ı kimi tanınması ilə bağlı qərar səsverməyə çıxarılıb...

Bu sənəd həm Demokratik, həm də Respublikaçı partiyaların nüfuzlu nümayəndələri tərəfindən dəstəklənib.

Türkiyənin Rusiyadan S400 raket kompleksi almaq qərarından sonra gərginləşən ABŞ-Türkiyə münasibətləri, Türk ordusunun Suriyanın şimalına müdaxiləsindən sonra yenidən sınağa çəkilib. Prezident Tramp başda olmaqla, ABŞ rəhbərləri Türkiyəni açıq mətnlə hədələməkdən çəkinməsələr də, Tükiyə dövləti geri çəkilmədi. Əksinə, sonda ABŞ Türkiyə dövləti ilə hesablaşmaq məcburiyyəti qarşısında qaldı. Belə bir məqamda “erməni soyqırımı” şantajının yenidən gündəmə gətirilməsi, Nümayəndələr Palatasında yekdilliklə qəbul edilməsi, şübhəsiz ki, erməni faktorundan istifadə edərək, Türkiyədən qisas almaq cəhdidir.

Türkiyə rəhbərliyi və xalqı bu şantaja da boyun əymir və əyməyəcək. Buna şübhə yoxdur. Bizi düşündürən erməni kartı üzərindən Türkiyənin şantaj olunması cəhdininə Azərbaycan cəmiyyətinin, siyasi qüvvələrinin səssiz qalmasıdır. Xarici İşlər Nazirliyinin (XİN) bir bəyanatı istisna olmaqla, Azərbaycan cəmiyyətdindən, siyasətindən ABŞ-ın erməni kartı üzərindən Türkiyəni şantaj etməsi cəhdinə qətiyyətli etiraz eşidilmədi.

Xüsusən də siyasi partiyaların, başda Milli Şura, AXCP, Müsavat və başqaları olmaqla, bütün gününü canlı yayımlarda keçirən rəhbərlərinin susqunluğu sual doğurur. Belə çıxır ki, özlərini qərbyönümlü təşkilat elan edən bu partiyalar ABŞ-ın Bakıdakı səfirliyinin “xətrinə dəyməmək” yolunu tutublar və Türkiyənin ABŞ tərəfindən şantaj olunması cəhdini görməzdən gəlirlər. Belə olmasaydı, quru bir bəyanat verər, ABŞ-ın Türkiyə əleyhinə bu ədalətsiz qərarını pisləyərdilər…

pia.az


Etiket: Milli Şura


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar