Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və rus bölmələrinin abituriyentlərinin kəskin keçid balı fərqi - Səbəb nədir?

Ekspert: “Azərbaycan və rus bölmələri arasında kəskin fərqin olması abituriyentlərin sayında, eləcə də müsabiqədə iştirak edənlərin sayında özünü göstərir”...

“Biz əvvəlki illərlə müqayisəli təhlil aparsaq görərik ki, rus bölməsi üzrə ixtisasların keçid balları hər zaman Azərbaycan bölməsinə nəzərən aşağı olur”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi keçirilən qəbul imtahanlarında Azərbaycan və rus bölmələrinin abituriyentlərinin bilik və bacarıqlarında kəskin fərqlərin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

2018-ci ildə keçirilən qəbul imtahanlarında Azərbaycan və rus bölmələrinin abituriyentlərinin bilik və bacarıqlarında kəskin fərqlərin olduğu aşkarlanıb.

Məsələn, I ixtisas qrupunda Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi” ixtisası üzrə Azərbaycan bölməsində minimal bal 540, rus bölməsində 249, IV ixtisas qrupunda Azərbaycan Tibb Universitetinin “Tibbi profilaktika” ixtisası üzrə Azərbaycan bölməsində 608, rus bölməsində 376 bal olub.

Bu qədər bal fərqinin yaranmasının səbəbini nə ilə izah etmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “Azərbaycan bölməsi üzrə rəqabət çox olduğu üçün ixtisasların keçid ballarında rus bölməsini ilə nisbətdə kəskin fərq yaradır”.

Rus bölməsi şagirdlərinin Azərbaycan bölməsinə nisbətən azlıq təşkil etdiyini vurğulayan təhsil eksperti PİA.az-a açıqlamasında bildirib ki, 2019-cu ilin qəbul imtahanlarında rus bölməsi üzrə 4264 nəfər müsabiqədə iştirak hüququ qazanmışdısa, Azərbaycan bölməsi üzrə 54814 nəfər bu hüququ qazanmışdı:

Azərbaycan və rus bölmələri arasında kəskin fərqin olması abituriyentlərin sayında, eləcə də müsabiqədə iştirak edənlərin sayında özünü göstərir. Rus bölməsi üzrə rəqabət olduqca azdır.

Həmçinin rus bölməsi şagirdləri Azərbaycan bölməsinə nisbətən azlıq təşkil edir. Məsələn təkcə bu 2019-cu ilin qəbul imtahanlarında rus bölməsi üzrə 4264 nəfər müsabiqədə iştirak hüququ qazanmışdısa, Azərbaycan bölməsi üzrə 54814 nəfər bu hüququ qazanmışdı. Azərbaycan bölməsi üzrə rəqabət çox olduğu üçün ixtisasların keçid ballarında rus bölməsini ilə nisbətdə kəskin fərq yaradır.

Elçin Əfəndi: “Rus bölməsi üzrə qəbul olmağın daha əlçatan olması düşüncəsini formalaşıb”.

Düzdür biz bu zaman rus bölməsinə ayrılan plan yerlərinə baxsaq 3882 plan yeri təkcə rus bölməsinə ayrılmışdı. Hər iki bölmə üzrə birgə isə 8043 plan yeri ayrılmışdı. Amma müsabiqədən sonra məlum oldu ki, rus bölməsi üzrə plan yerləri müsabiqədə iştirak edənlərə nisbətən daha çox qalıb.

Biz əvvəlki illərlə müqayisəli təhlil aparsaq görərik ki, rus bölməsi üzrə ixtisasların keçid balları hər zaman Azərbaycan bölməsinə nəzərən aşağı olur. Bu da zamanla rus bölməsi üzrə qəbul olmağın daha əlçatan olması düşüncəsini formalaşdırıb. Bu dediyim fakt da aradakı fərqin yaranma səbəblərindən biridir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar