Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Milli Şuranın aktivləşməsi maraqlar uğrunda mübarizədir” - Politoloq

Milli Şura yenidən mitinq elan etdi - Aktivləşmənin səbəbi nədir?..

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru: “Xarici qüvvələr ya Azərbaycanla hansısa müqaviləni tezləşdirmək, ya da hansısa əlavə müqaviləni imzalatmaq istəyirlər. Buna görə də mitinq formada özlərini Azərbaycan rəhbərliyinin yadına salırlar”.

“Əgər əhalinin narazılığı varsa, mitinq Lökbatana yox Ələtə təyin olunsa, yenə də əhali gedəcək”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu son aylarda Milli Şuranın aktivləşmə səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuraya yenə Bakıdan 20 kilometr aralıda yerləşən Lökbatan qəsəbəsində mitinq keçirməyi təklif edib. Milli Şura bu təklifi qəbul etməyib.

Bakı şəhər İcra Hakimiyyətinin aksiyanın təşkilatçılarına cavabında deyilir ki, mitinqin noyabrın 2-də saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi “Neftçi İdman Klubu”nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

Milli Şura mitinqin noyabrın 2-də saat 15-də Məhsul stadionunda və ya 28 May metro stansiyasının qarşısındakı meydanda keçirməyi təklif edib.

Daxili İşlər Nazirliyi Baş Prokurorluq bildirib ki, mitinq Bakı meriyasının razılığı olmayan məkanda keçirilərsə qarşısı alınacaq və təşkilatçılar cinayət məsuliyyətinə cəlb olunacaq.

Xatırladaq ki, Milli Şuranın son müraciətlərinə cavabda meriya mitinqin Bakıdan 20 kilometr aralıda yerləşən Lökbatan qəsəbəsində keçirilməsinə razılıq verilib. Lakin Milli Şura bu təklifdən imtina edərək, oktyabrın 19-da şəhərin mərkəzi hissəsində, 28 May metro stansiyasının qarşısında aksiya keçirməyə cəhd edib. Cəhdin qarşısı polis tərəfindən güc tətbiq edilərək alınıb, yüzlərlə insan saxlanılıb. 30-dan çox insan inzibati qaydada həbsə məhkum edilib.

Milli Şuranın son aylarda fəallaşmasının səbəbini nədir və bu fəallığın ölkənin ictimai-siyasi həyatına təsirləri ilə bağlı nə demək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğluna müraciət edib.

Mübariz Əhmədoğlu: “Ölkəmizdən kənarda olan maraq qrupları çalışırlar ki, Liviya və İraqda gedən proseslər Azərbaycanın ərazisinə də keçsin”.

Əgər doğrudan da mitinq iştirakçıları xalqın onlara nə qədər dəstəq olduğunu yoxlamaq istəyirlərsə, gedib Lökbatanda mitinqlərin keçirməyi məsləhət görən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, mitinq təşkil edən insanların hakimiyyətdə oturan adamlardan konkret narazılıqları varsa, bu narazılığı ölkənin sabitliyinə balta vurmaqla ortaya qoymaq istəyirlərsə, o adamların özləri sıradan çıxacaqlar:

“Milli Şuranın aktivləşməsinə çox səbəb demək olar. Amma hesab edirəm ki, bu aktivləşmə daha çox maraqlar uğrunda mübarizədir. Maraqlar uğrunda mübarizə aparmanın üç səbbi var. Birinci mərhələ xaricdə oturan qüvvələr Azərbaycandan nəysə almaq istəyirlər. Yəni xarici qüvvələr ya Azərbaycanla hansısa müqaviləni tezləşdirmək, ya da hansısa əlavə müqaviləni imzalamaq istəyirlər. Buna görə də mitinq formada özlərini Azərbaycan rəhbərliyinin yadına salırlar. və hökümətə bu yolla təzyiq edirlər.

İkinci səbəb isə odur ki, mitinqdə iştirak edən adamlar öz maraqları uğrunda mübarizə aparırlar. Mən bundan əvvəlki etiraz aksiyasını izlədim və etiyacı olanı gördüm. Amma orada daha çox öz istəklərindən qat-qat çox istəklərin olmasını istəyənləri gördüm. Yəni biri var daha yaxşı yaşayış uğrunda mübarizə aparasan, biri də var Avropada və yaxud dünyanın hansısa ölkəsində lüks həyat uğrunda mübarizə aparasan. Çox təəssüf ki, bizdə bir qrup adamlar peyda olub ki, onlar özlərinin 10-15 min dollar marağının təmin olunmasından ötrü dövlətə 10-15 milyon zərərin dəyməsinə razıdırlar.

Mübariz Əhmədoğlu: “Son 19 oktyabr mitinqində də göründü ki, onlar çox orjinal metodlardan istifadə edirlər”.

Maraq qrupunun üçüncü ən böyük səbəbi var. Məlumdur ki, İraqda, Liviyada müəyyən proseslər gedir. Ölkəmizdən kənarda olan maraq qrupları çalışırlar ki, Liviya və İraqda gedən proseslər Azərbaycanın ərazisinə də keçsin. Hal-hazırda baxanda görünür ki, Liviya və İraqda gedən proseslərin hər ikisində İrana məxsus qüvvələr var və onlar özlərinə çox ağıllı davranış manerası seçiblər. Yəni onlar əhalinin cuzi narazılığını şişirdib böyük bir narazılığa çevirirlər. Sonra da bunu Qərbin üstünə atırlar.

İran həm də bizim qonşumuzdur və daxilimizdə olan müəyyən qüvvələr İrana bağlıdırlar. Son 19 oktyabr mitinqində də göründü ki, onlar çox orjinal metodlardan istifadə edirlər.

Onu qeyd edim ki, mən 1988-ci il 17 noyabr mitinqinin iştirakçısı və bəzi yerlərdə isə təşkilatçısıyam. Biz o vaxt çox ciddi cəza almış adamlarıq, amma demirik. Mən keçmişdə olsa, mitinq təşkiçatçısı kimi deyə bilərəm ki, əgər əhalinin narazılığı varsa, mitinq Lökbatana yox Ələtə təyin olunsa, yenə də əhali gedəcək.

Əgər doğrudan da mitinq iştirakçıları xalqın onlara nə qədər dəstəq olduğunu yoxlamaq istəyirlərsə, gedib Lökbatanda mitinq keçirsinlər. Hökumət də buna icazə verib. Mitinq təşkil edən insanların hakimiyyətdə oturan adamlardan konkret narazılıqları varsa, bu narazılığa cavabı xalqın sabitliyinə balta vurmaqla əldə etmək istəyirsə, birinci olmasa da, ikinci o adamların özləri sıradan çıxacaqlar”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar