Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Bağdadini öldürsə də, İŞİD-i diriltdi...

İllərdir vəhşi İŞİD təriqətinə qəzəbli idik, amma Tramp təriqətini nəzərə almamışıq...

Robert Fisk
“The Independent” qəzeti, 30 oktyabr 2019-cu il

Dünyanın “artıq daha etibarlı bir yer”olduğu iddiasını yaxın zamanda görəcəyik. Bu cür İslamçı təriqətlərin özünü ölülüyə vurması üçün ya həmişə pusquda duran liderləri olur, ya da öz qəddar təşkilatlarının daha pis versiyası...

Ağ Evdə bu həftə vəziyyət tərsinə çevrilib. Tramp Əbubəkr Bağdadini öldürüb və sağ qalan qatilləri İngiltərə və digər Avropa ölkələrinə göndərəcəyinə söz verərək İŞİD-ə geri verib.

Bu cür möhtəşəm bir təklif İŞİD-li gənclərə çox gülməli gəlmiş olar. İllərdir vəhşi İŞİD təriqətinə qəzəbli idik, amma Tramp təriqətini nəzərə almamışıq. Düzdür, Trampın dəliliyi İŞİD qədər can almayıb (təbii ki, fələstinliləri, kürdləri və Sisinin həbs etdirdiyi 60 min siyasi məhbusu nəzərə almasaq). Amerikalıların və rusların daha əvvəl də Bağdadini öldürüyünü düşündükdə birdən bu səfil adam başqa bir videoda ortaya çıxar deyə 3 gün gözləmək lazımdır. Xatırlayırsınızsa, Osamanı həqiqətən yox edənə qədər 4 dəfə öldürmüşdük.

Amma bu dəfə Tramp Rusiyaya, Suriyaya və İraqa təşəkkür etdi. Bəs bu, Suriya, yəni Əsəd rejimi ola bilərmi? Əgər elədirsə, kimin ordusunun Amerika ordusundan daha çox İŞİD-lə mübarizə apardığını müəyyənləşdirmək üçün Dəməşqdəki prezident sarayında müzakirə aparmaq lazımdır.

Lakin İŞİD üzvlərini geri almadıqları üçün Avropa ölkələrinin dəstəyini də pisləyən Tramp qeyd edir: “Həqiqətən, Avropa ölkələrinə dedim ki, əgər üzvləri geri almasanız, onları sizin sərhədinizə qoyacağam. O zaman bu adamları yenidən tutmaq, yəqin, sizin üçün əyləncəli olar”.

Bu açıqlamalar təkcə qəribə, dayaz və dəlixana terminologiyası deyil. Bu həm də İŞİD-dən geriyə sağ qalanlar üçün əsl motivasiyadır.

Tramp, doğrudan da, bizə: “Bağdadi it kimi, qorxaq kimi ağlayaraq, inildəyərək və çığıraraq öldü,”, dedi. Bəlkə, doğrudan da belədir. Amma bu, daha çox uşaqların ölümünə bənzəyir – Bağdadinin 3 uşağının. Bağdadinin sıxışdırıldığı tuneldə intihar jileti ilə (deməli, həmişə ABŞ-ın gələcəyini bilirdi) məşğul olarkən ağlayıb, çığırması bir az çətin məsələdir. Dünyanın “artıq daha etibarlı bir yer” olduğu iddiasını yaxın zamanda görəcəyik. Bu cür İslamçı təriqətlərin özünü ölülüyə vurması üçün ya həmişə pusquda duran liderləri olur, ya da öz qəddar təşkilatlarının daha pis versiyası.

Hər zaman olduğu kimi bu hücumda da neçə günahsız insanın öldürüldüyünü bilmək üçün bir neçə gün daha gözləmək lazımdır. Hamısının İŞİD üzvü olduğunu demək bir az pafoslu səslənər.

Bir şeydən əmin olmaq lazımdır ki, Bağdadi hücumunun orijinal hekayəsi dəyişəcək. Görəsən, buna İsrail daxil olmuşdumu? Ruslar nə qədər kömək edib? Bəs suriyalılar? Və ya kürdlər? Əgər bu bərbad liderlikdən beziblərsə, bəlkə də, elə İŞİD-in özü kömək edib? Bəlkə də, 19,5 milyon funt sterlinqi istəyən hər hansı bir insan...

Amma hələlik Tramp “Respublikaçı” dəstəkçilərin gözündə xeyli yüksəlib. Əgər Trampın ordusu dünyanın ən çox axtarılan terrorçusunu öldürə bilirsə, onda niyə görə Amerikanın daxilindəki “Demokrat”lar Trampın vəzifədən uzaqlaşdırılmasını tələb edir? Ukrayna ilə bağlı gəzən şayiələr varkən, niyə görə Bağdadini öldürməklə, dünyanı daha etibarlı hala gətirməyi bir-birilə müqayisə edək ki?

Tramp demək olar ki, hamısını canlı-canlı izlədi. Obamanın Osmanın ölümünü izləməsi kimi. Məsumların ölümlərini canlı yayımda göstərə bildiyimiz bir dövrdə ən azından pis adamların öhdəsindən gələ bildilər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar