Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa ittifaqının Cənubi Qafqaz və Gürcüstanda böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb...

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, T.Klaar Azərbaycanın Qoşulmama Hərəkatının Zirvə görüşünə yüksək səviyyədə ev sahibliyi etdiyi üçün təbrik edib.

Nazir Elmar Məmmədyarov Qoşulmama Hərəkatının 18-ci Bakı Zirvəsinin yekun sənədində Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı qəbul edilmiş müddəanın əhəmiyyətini vurğulayaraq, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinin və Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyinin tanınmaması və iqtisadi fəaliyyət də daxil olmaqla bu vəziyyətin saxlanılmasına hər hansı dəstəyin göstərilməməsi mövqeyinin 120 dövlət, yəni beynəlxalq ictimaiyyətin üçdə ikisi tərəfindən dəstəkləndiyini qeyd etdi.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı durumu barədə qarşı tərəfə məlumat verib. Münaqişənin beynəlxalq ictimaiyyətin tələbinə uyğun olaraq, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü əsasında həll edilməsinin vacibliyini qeyd edildi.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar