Ağstafa rayonunda döyülmə faktı qeydə alınıb...
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Dağ Kəsəmən kəndində qeydə alınıb. Mübahisə zəminində döyülən gənc (şəxsiyyəti araşdırılır - red) müxtəlif bədən xəsarətləri alıb. O, Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıb. Zərərçəkənin vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin səbəbləri hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
pia.az