Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hakimiyyətdə lazım olmayan adamlara mesaj verilib ki, artıq vaxtdır”

PİA.az bildirir ki, keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov Yenisabah.az-ın suallarını cavablandırıb...

- Tofiq bəy, son günlər işğal altında olan 7 rayonun Azərbaycana qaytarılacağı ilə bağlı iddialar səsləndirilir. Bu iddiaları əsaslı hesab etmək olarmı?

- Hesab etmirəm ki, bu iddialar əsaslıdır. Buna bənzər fikirlər vaxtaşırı deyilir. İndi də Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müşahidəçi statusunda təmsil olunması müqabilində Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş 7 rayonun geri qaytarılacağı iddia edilir.

Azərbaycan bu yaxınlarda Qoşulmama Hərəkatının sədri olub. Bu təşkilatın əsas şərti heç bir siyasi, hərbi bloka üzv olmamaqdır. Doğrudur, hələlik Azərbaycana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müşahidəçi statusunda təmsil olunmaq təklif edilir. Lakin bu ora qoşulmağın ilkin mərhələsi sayıla bilər ki, bu da Qoşulmama Hərəkatının şərtinə ziddir. Digər tərəfdən hətta bu halda da işğal altında olan rayonların tezliklə qaytarılacağı barədə iddiaları ciddi hesab etmirəm.

Özünüz də qeyd etdiniz ki, buna oxşar fikirlər vaxtaşırı deyilib. Sizcə, bunun səbəbi nədir?

- Səbəb çox sadədir. Azərbaycanı hərbi əməliyyatlardan çəkindirmək istəyirlər. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov artıq etiraf edib ki, danaışıqlar dalana dirənib. Bu o deməkdir ki, tərəflər razılığa gələ bilmir və təbii ki, burada Ermənistan haqsız tərəf olsa da, mövqelərindən geri çəkilmək istəmir. O zaman problemin həlli üçün bir yol qalır: Hərbi əməliyyatlar. Yəni, Azərbaycan işğal olunmuş torpaqlarını azad etmək üçün müharibəyə başlayır.

- Amma bu iddiaların Ermənistana təzyiq məqsədi daşıdığını hesab edənlər də var...

- Belə hesab etmirəm. Ermənistana təzyiq olsaydı, onlar danışıqlar prosesini pozmağa cəhdlər etməzdilər. Amma Ermənistan tərəfi nəinki buna cəhdlər edir, üstəlik bəyan edirlər ki, torpaqların azad olunması danışıqlar mövzusu deyil və biz bununla bağlı danışıqlar aparmırıq.

Ona görə də hesab edirəm ki, vaxtaşırı torpaqların azad ediləcəyi barədə fikirlərin səsləndirilməsi Azərbaycan ictimaiyyətinə hesablanıb. Məqsəd Azərbaycanı müharibədən yayındırmaqdır. Uzun illərdir ki, belə siyasət aparırlar.

- Son günlər Azərbaycanda kadr və struktur dəyişiklikləri sürətlənib. Bu proses ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Dəyişiklikləri islahat hesab edənlərlə yanaşı bunun sadəcə imitasiya olduğunu deyənlər də var. Siz prosesi necə qiymətləndirirsiniz?

- Fikrimcə, kadr və struktur dəyişiklikləri islahatdır. Bu, birmənalı olaraq belədir və atılan addımlar artıq nəticə verməkdədir. Xüsusilə isqtisadi sahədə biz yeniliklərin şahidyik. Məsələn, artıq “reket iqtisadiyyat” dövrü keçib. Yəni, əgər əvvəllər iqtisadiyyat qanunlarla deyil, şəxsi qaydalarla idarə olunurdusa, məmurlar, vergi orqanları sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələr edirdisə, bu cür hallar demək olar ki yoxdur. Artıq rəqabətli iqtisadiyyat dövrü başlayıb.

- Sizcə, kadr dəyişikliklərində yaş amilinə yoxsa iş bacarığına üstünlük verilməlidir?

- Kadr dəyişiklilərində əsasən yaş amilinə üstünlük verilir. Təsəvvür edin mobil telefon almısınız. 5-6 il keçir, həm telefon köhnəlib, həm də əməliyyat sistemi artıq yeniliklərə cavab vermir. Burda da təxminən belədir. Hesab edirəm ki, yaşla yanaşı dünyagörüş, zamanla ayaqlaşma da nəzərə alınmalıdır. Vəzifələrə elə şəxslər təyin olunmalıdır ki, onlar yeniliyə cavab verə bilsinlər.

- Belə hesab edənlər var ki, yaşı çox olan məmurları ucdantutma işdən çıxarmaq doğru deyil. Onların təcrübəsindən yararlanmaq lazımdır. İqtidarın indiki komandasına münasibətdə bu yanaşmanı doğru hesab etmək olarmı?

- Əslinə qalsa komandada iki qrup olmalıdır: İslahatçılar konservatorlar. Konservatorlar yeniliyə daha çox ehtiyatla yanaşırlar. Lakin məsələ burasındadır ki, ən yaxşı qərarlar məhz islahatçılarla konservatorların mübarizəsi nəticəsində ortaya çıxır. Hesab edirəm ki, komandada islahtçılarla konservatorların balansı qorunmalıdır. Əgər islahatçılar çox olsa, çox şeyi dəyişə bilərlər və nəticədə yaxşı şeyləri də itirə bilərlər. Konservatorların çoxluğu isə zamanla uyğunlaşmağa təsirsiz ötüşməyəcək. Bu baxımdan komandada balans qorunmalıdır. Həm təcrübə, həm də yenilikçilik bir-birini tamamlamalıdır

Hər halda proses davam edir. Hiss olunurdu ki, mühafizəkalar daha çox idi və islahatçılar artıq əziyyət çəkirdilər. Prezident özü də etiraf etdi ki, islahatlara mane olan qüvvələr var. İndi baxaq görək necə olacaq.

- Sizcə, könüllü istefalar olacaq?

Hesab edirəm ki, lazım olmayan adamlara mesaj verilib ki, artıq vaxtdır. Onlar könüllü istefa verməsələr belə, yola salınacaqlar və təbii ki, bu, könüllü istefa kimi qələmə veriləcək. Əslində, burada problem görmürəm. Hesab edirəm ki, bu normaldır. Çünki hər bir məmurun mənfi işləri yanaşı müsbət işləri də ola bilər. Bu nəzərə alınmalıdır və onlar hörmətlə yola salınmalıdır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar