Cümə, 22 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Oqtay Şirəliyevin 3-cü istefa ərizəsi qəbul olunacaq?.. 

Ölkə başçısının start verdiyi struktur və kadr islahatlarının yeni dalğası ilə bağlı ayrı-ayrı rəhbər şəxslər tərəfindən anonslar verilməkdədir...

Budəfəki müzakirələr Səhiyyə Nazirliyi və nazir Oqtay Şirəliyevi əhatə edir. Nazirlikdəki mənbədən Moden.az-a daxil olan məlumata görə, Oqtay Şirəliyev artıq istefa ərizəsini yazıb. Mənbə bildirir ki, bu, səhiyyə nazirinin sayca üçüncü istefa ərizəsidir. İddialara görə, onun bundan əvvəl müxtəlif vaxtlarda yazdığı iki ərizəsi qəbul edilməyib.

Bu dəfə isə situasiyanın fərqli olduğu bildirilir. Belə ki, Oqtay Şirəliyev istefa ərizəsini yazaraq, 3 həftəlik məzuniyyətə çıxıb. Onun məzuniyyətdən qayıtdıqdan sonra isə nazir kimi fəaliyyət göstərməcəyi bildirilir.

Saytımıza verilən digər məlumatlarda struktur islahatları çərçivəsində optimallaşdırma aparılacağı, Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, yaxud da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyilə birləşdiriləcəyi gözlənilir.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev səhiyyə sahəsində gözlənilən islahatlarla bağlı Modern.az-ın suallarını cavablandırıb.

Musa Quliyev ölkə Prezidentinin başlatdığı islahatların hərtəfəli olduğunu bildirərək, onların gələcəyə hədəfləndiyini vurğulayıb:

“Bu islahatların tərkibində sosial islahatlar xüsusi yer tutur. Bunun da əsaslarından biri səhiyyə islahatlarıdır. Mən deyərdim ki, cənab Prezidentin sosial paketində ən əhəmiyyətli yeri tutanlardan biri icbari tibbi sığortanın tətbiqilə bağlıdır, hansı ki, gələn ildən ölkə üzrə fəaliyyətə başlayacaq.

Uzun illər səhiyyədə islahatlar getdi, maddi-texniki baza möhkəmləndi, kadr islahatları aparıldı, Tibb Universitetində rezedentura pilləsi yaradıldı. Səhiyyənin maliyyələşdirilməsində icbari tibbi sığortaya keçid üçün cənab Prezidentin sərəncamı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradıldı. Yevlax, Mingəçevir, AğdaşSədərəkdə onun pilot layihə olaraq tətbiqinə başlandı. Ölkə başçısının digər fərmanı ilə TƏBİB publik hüquqi şəxsi yaradıldı. Milli Məclisdə “Tibbi sığorta haqqında” qanuna 100-dən çox əlavə və dəyişikliklər edildi. Artıq icbari tibbi sığortanın tətbiqinə növbəti ildən başlanacaq. Ən böyük islahat budur”.

M.Quliyev optimallaşdırma siyasəti çərçivəsində Səhiyyə Nazirliyinin digər qurumlarla birləşdirilməsini istisna etməyib:

“Mən Səhiyyə Nazirliyinin Agentliklə birləşdirilməsini uyğun saymıram. Təbii ki, bu, mənim subyektiv fikrimdir. Səlahiyyət sahibi dövlət başçısıdır. Amma mənim düşüncəmə görə, Səhiyyə Nazirliyi səhiyyənin siyasətini həyata keçirməlidir. Agentlik isə bu işin praktik maliyyələşmə tərəfinə cavabdeh olmalıdır. Dünya təcrübəsində iki qurumun birləşdirilməsi təcrübəsi olsa da, əksəriyyət tərəfindən məqbul hesab olunmur.

Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, yaxud İqtisadiyyat Nazirliyinə birləşdirilməsi təcrübələri var. Amma bu gün nazirliyin bu qurumlara birləşdirilməsi nə dərəcədə realdır, onu deyə bilmərəm. Amma Səhiyyə Nazirliyilə Agentlik ayrı-ayrılıqda fəaliyyət göstərsələr, daha effektiv nəticələr əldə edə bilərik. Onlar həm də bir-birilərinə nəzarət edən orqana çevirlə bilərərlər. Çünki sifariş verən orqanla icraedici orqan bir yerdə olmamalıdır. Əks təqdirdə müəyyən problemlər meydana çıxa bilər. Təbii ki, son sözü cənab Prezident deyəcək”.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar