Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan sentyabrda qeyri-neft ixracını 6% azaldıb

Bu ilin sentyabr ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı avqust ayı ilə müqayisədə 5,8% azalaraq 136 mln. ABŞ dolları təşkil edib...

PİA.az-ın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin sentyabr ayı ilə müqayisədə 22 mln. dollar və ya 19% artıb.

Cari ilin sentyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (38,5 mln. dollar), Türkiyəyə (25,4 mln. dollar), İsveçrəyə (13,9 mln. dollar), Gürcüstana (12,5 mln. dollar) və Çinə (5,4 mln. dollar) ixrac edilib.

Sentyabr ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 13,1 mln. dolları) birinci, qabığı təmizlənmiş meşə fındığı (11,7 mln. dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (8,1 mln. dolları) üçüncü olub.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında SOCAR-ın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edib. Daha sonra bu siyahıda "Azəralüminium", "Azərenerji", "Azergold", AZAL, "Azərpambıq Aqrar Sənaye Kompleksi", “CTS-Agro”, "Azərikimya", "Azərtütün Aqrar Sənaye Kompleksi" və "Bakı Neft Maşinqayırma Zavodu" yer alıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar