Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İŞİD-in yeni lideri barədə maraqlı faktlar...

Bağdadi öldürüldükdən sonra İŞİD lideri olan Qardaş, əslində 2 ildir təşkilatı idarə edirmiş...

Cihat Arpacık
“The Independent” qəzeti, 28 oktyabr 2019-cu il

İŞİD lideri Əbubəkr Bağdadi Amerikanın əməliyyatı ilə öldürüldükdən sonra təşkilatın yeni rəhbəri kimi iraqlı Abdullah Qardaş seçilib.

“The Independent” qəzetinin verdiyi məlumata görə, İraqın türkmən şəhəri Təlafərdən olan Qardaş, əslində 2 ildir faktiki olaraq İŞİD-i idarə edir.

İŞİD-in mətbu orqanlarından olan “Amak” keçən avqust ayında bildirib ki, Bağdadi öz yerini Qardaşa əmanət edib.

Bağdadi Mosulda törədilən bir hava hücumunda ağır yaralandığı üçün təşkilatda əvvəlki qədər aktiv deyildi və buna görə də, Qardaşı daha ön plana çıxarıb.

Bağdadinin yaraları sağalmağa başlayan kimi onu öldürdülər və beləliklə, Qardaş rəsmən “xəlifəlik” postuna keçdi.

Səddamın adamlarından biri

Qardaş Səddam Hüseynin ordusunda leytenant olarkən “Bucca” həbsxanasında qalmış və ABŞ İraqı işğal etmişdi. Yəni bu hadisələrin fonunda daha da radikallaşan Qardaş Bağdadidən fərqli olaraq “davakar” bir İŞİD-çi idi.

Müharibə meydanından gəlib İŞİD lideri olan bu şəxs eynilə təşkilatın hərbi şurasının üzvlərindən biri olan Əbu Əymən İraqi kimi müharibəyə üstünlük verir, hətta bunun üçün digər məsələləri də kənara qoymağı düşünür.

ABŞ-ın 2004-cü ildə Təlafərə qarşı apardığı hərbi əməliyyatın mərkəzində savaşan Qardaş sünni türkmənlərin İŞİD-ə qoşulmasını təmin edirdi.

3 Təlafər təşkilatının rəhbəri idi

Qardaş Əbu Əli ət-Türkməni və Əbu Müslüm əl-Ənbari ilə birlikdə təşkilatın iraqlı qismini təmsil edirdi. Hər üçü də təlafərli olan bu adamlardan təkcə Abdullah Qardaş sağ qala bilib.

Əl-Ənbari İŞİD-in maliyyə işlərinə baxarkən 2016-cı ildə İraqla Suriya arasında səyahət edərkən ABŞ-lıların əməliyyatı ilə qarşılaşmışdı. Tutulmamaq üçün eynilə Bağdadi kimi üzərindəki bombanı partladaraq ölüb.

Təşkilatın digər üzvü olan Əbu Müslüm ət-Türkməni də yeni lider Qardaş kimi Səddamın dövründə İraq ordusunda fəaliyyət göstərirdi. Həmin dönəmdə “İŞİD-in ikinci komandiri” adlanan Əbu Müslüm 2015-ci ildə Mosulda öldürülüb.

İraqda “yeni İŞİD-çilər” üçün uyğun vəziyyət var

Bir çox mütəxəssis düşünür ki, İŞİD qarşıdakı dönəmdə İraqda kamera tipli quruluşa üstünlük verəcək və zamanla yer altından çıxmağa çalışacaq.

Kimliklərin məzhəblərə görə formalaşdığı İraqda baş tutan geniş hərbi hərəkatlara baxmayaraq, radikal qruplar hələ də mövcuddur.

Özünü demokratik mexanizmdən kənara atılmış kimi hiss edən və ölkənin hər yerini əhatə edən İran dəstəkli milis təşkilatlarından bezən sünni kütlələrin İŞİD-ə ya da yaranacaq olan yeni İŞİD-çilərə dəstək verməsi narahatlıq doğurur.

Təhlükəsizlik mütəxəssisi Əli Nihad Özcan bildirir ki, bəzi araşdırmalardan çıxan nəticələrə görə, bu cür təşkilat liderləri aradan qaldırıldıqda ya potensialları azalır, ya da əskinə, daha da radikallaşıb, intiqamçı olurlar. Özcan qeyd edir ki, İŞİD kimi təşkilatlarla bağlı konkret bir sözz demək çox çətindir.

İŞİD kamera quruluşuna daha çox önəm verəcək

Qarşıdakı dönəmdə İŞİD-in bu əməliyyata vermək üçün bəzi aktlar törədəcəyini bildirən Özcan bildirir:

“Bir bölgəni idarə edən təşkilat öz ərazisini itirdikdə təhlükəsizliyi daha çox önəm verəcək və buna görə də, yer altında daha çox kamerası olan bir təşkilatlanma tərzinə üstünlük verəcək. Onsuz da əlindəki əraziləri itirdikdən sonra bu işə başlamışdı. Görünür, bunu bir az daha dərinləşdirəcək və təhlükəsizliyinə daha çox diqqət göstərəcək”.

“Regional şərtlər İŞİD-in yenidən güclənməsinə şərait yaradır”, deyən Özcan əlavə edir: “İraq və ya Suriyada bizim bildiyimiz kimi bir dövlət avtoritarlığı yoxdur. Mövcud dövlət əsaa funksiyaları da icra edə bilmir, təhlükəsizliyi təmin edə bilmir. Təbii olaraq dövlətdən kənar oyunçulara və zorakılıq edən terror təşkilatları üçün də yeni meydan açılır. Qısa zaman ərzində bölgədəki problemlərin həlli mümkün görünüm. Eyni zamanda, ideoloji baxımdan bu cür təşkilatların ortaya çıxması və aktiv hala gəlməsi də gözlənilir”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar