Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gələn il üçün qeyri-neft gəlirlərində 12 faiz artım proqnozlaşdırılır – Bu mümkündür?

Xidmət sahəsini və digər sahələri kənarda qoysaq, istehsal sahəsində bu qədər artım nə qədər real görünür?..

İqtisadçı ekspert: “Qeyri-neft sektorunda daxil olmalarda əsas artım vergi və gömrük daxil olmalarında artımın proqnozlaşdırılması ilə bağlıdır”.

“Qeyri-neft sektorundakı artım hansısa istehsalın kəskin artması və yaxud xidmət sahələrinin daha da genişlənməsi ilə əlaqədar deyil. Bu əsasən “ağartma” əməliyyatının nəticəsidir”.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli gələn il üçün büdcə layihəsində bütün mənbələrdən qeyri-neft gəlirlərində 12 faiz artımın proqnoz edilməsini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi iqtisadçı ekspert Qubad İbadoğlu 2020-ci ilin büdcə layihəsini şərh edib. Qubd İbadoğlu bildirib ki, növbəti il büdcənin cari xərclərin artım tempi qeyri-neft ÜDM-in nominal artım tempini üstələyir. 2020-ci ilin büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 64,2 faiz həcmində və ya 17275,9 milyon manat olacaq. Beləliklə də gələn ilin cari xərclər bu illə müqayisədə 37,6 faiz çox proqnozlaşdıırılıb. Əslində müqayisə olunan dövrdə qeyri-neft sektorundan daxilolamaların artım tempi cari xərclərin artım tempini üstələyərdisə bu dəyişiklikdən narahat olmağa dəyməzdi. Amma gələn il üçün bütün mənbələrdən qeyri-neft gəlirləri 10604,5 milyon manat proqnozlaşdırılır ki, bu da bu illə müqayisədə 12 faiz artım deməkdir.

Eyni zamanda gələn il üçün proqnozlaşdırılan qeyri-neft gəlirləri cari xərclərin 61,4 faizini təşkil edəcək. Bu isə o deməkdir ki, 2020-ci il büdcəsinin cari xərclərin hər 3 manatından 2 manatı neft gəlirləri nəzərə alınmadan maliyyələşdirilə bilər. Büdcə sistemi haqqında qanuna görə, cari xərclərə əmək haqqı, əmək haqqına üstəlik, pensiya və başqa sosial müavinətlər və ödənişlər, malların satın alınması və başqa xidmətlər üzrə xərclər, faiz üzrə ödənişlər, qrantlar, subsidiyalar və cari köçürmələr daxildir.

Qeyri neft sektorunda bu qədər artım nə qədər real görünür. Xidmət sahəsini və digər sahələri kənarda qoysaq istehsal sahəsində bu qədər artım mümkündür?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı ekspert Natiq Cəfərli ilə müakirə edib.

Natiq Cəfərli: “Hələlik qeyri-neft sektroundan büdcəyə daxil olanların artması, ümumiyyətlə qeyri-neft sektorunun artması arqonik deyil”.

Büdcə xətti ilə müəyyən texnopartların, yeni istehsal sahələrinin yaranmasının nəzərdə tutulduğunu xatırladan iqtisadçı ekspert əlavə edib ki, bu da əlavə vergi öhdəlikləri yaradır. Buna görə də qeyri-neft sektronun payı artır:

“Qeyri-neft sektorunda daxil olmalarda əsas artım vergi və gömrük daxil olmalarında artımın proqnozlaşdırılması ilə bağlıdır. Yəni həm gömrükdən daxil olmalar artacaq, bu da nədənsə qeyri-neft sektoru kimi qeydiyyata düşür. Həm də vergidə müəyyən artımların olması da gözlənilir ki, bu da qeyri-neft sektorunun payına hesablanır.

Bunun da əsas səbəbi odur ki, həm vergi, həm də gömrük orqanlarında obrazlı desək “ağartma” işləri davam edir. Yəni daha ciddi və qeydiyyatlı iqtisadiyyata keçidlə bağlı müəyyən addımlar atılır. İqtisadiyyatda ağarma baş verərsə, qeydiyyatda dəqiqləşdirilmələrin aparılması, hesabatlılıq artdıqca təbii ki, vergi daxil olmalarında da artım müşahidə oluncaq.

Natiq Cəfərli: “İqtisadiyyatda ağarma baş verərsə, qeydiyyatda dəqiqləşdirilmələrin aparılması, hesabatlılıq artdıqca təbii ki, vergi daxil olmalarında da artım müşahidə oluncaq”.

Qeyri-neft sektorundakı artım hansısa istehsalın kəskin artması və yaxud xidmət sahələrinin daha da genişlənməsi ilə əlaqədar deyil. Bu əsasən “ağartma” əməliyyatının nəticəsidir.

Digər tərəfdən də büdcə xətti ilə müəyyən texnopartların, yeni istehsal sahələrinin yaranması da nəzərdə tutulur ki, bu da əlavə vergi öhdəlikləri yaradır. Buna görə də qeyri-neft sektronun payı artır. Hələlik qeyri-neft sektroundan büdcəyə daxil olanların artması, ümumiyyətlə qeyri-neft sektorunun artması arqonik deyil. Yəni bu artım təbii yolla baş vermir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar