Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakıda ev alıb bura kök salmalıyam”

Dünən Rusiyanın Xalq artisti Filipp Kirkorov Azərbaycana gəlib...

PİA.az qafqazinfo-ya istinadən xəbər verir ki, estrada ulduzunun gəlmə səbəbi bu gün və sabah Bakı Konqres Mərkəzində solo konsert verməsidir. Məşhur müğənni paytaxta oğlu Martin və qızı Allak Viktoriya ilə birgə gəlib.

Sənətçi hava limanında təşkil olunan mətbuat konfransında KİV nümayəndələrinin suallarını cavablandırıb. O, Azərbaycanın çox fərqli bir ölkə olduğunu, burada bir ilk yaşadığını söyləyib: "Xüsusi təşəkkürümü Azərbaycan Prezidentinin ailəsinə bildirmək istəyirəm. Azərbaycalılar özəl və maraqlı millətdir. Hər zaman çalışmışam ki, gözlədikləri coşqunu reallaşdırım. Mən ilk dəfə hava limanında təşkil olunan mətbuat konfransında iştirak edirəm. Bu, çox kreativ bir addımdır. Azərbaycan hər zaman fərqlidir".

Xalq artisti Heydər Əliyev Mərkəzinə gedəcəyini deyib, oranı dünyanın 8-ci möcüzəsi adlandırıb: "Mən bilərəkdən konsertdən qabaq arıqlayırdım. Çünki bilirdim ki, burada çoxlu yemək yeyəcəm. Dünən Nyu-Yorkda, bu gün isə Bakıdayam. Konsertdən əvvəl dadlı yemək, xeyli yatmaq və uşaqlarımla vaxt keçirmək istəyirəm. Mən adətən uşaqlarımı elə yerlərə aparıram ki, həm onlara, həm də mənə rahat olsun. Konsertimin ikinci günündə Heydər Əliyev Mərkəzində olacağam. Düşünürəm ki, bura dünyanın 8-ci möcüzəsidir. Xeyli vaxtımız olacaq. Mütləq İçərişəhərə səfərimiz olacaq və şoppinqə də vaxtımız var. Eyi zamanda, məşqlərimiz də olacaq. Çünki sizə konsertdə sürprizlərim olacaq".

Bundan əlavə, pop ifaçısı Bakıda ev almaq niyyətindən də söhbət açıb: "Mən insanlara çox alışıram. Xüsusilə Azərbaycana... Həmişə fikirləşirəm ki, buradan ev almalıyam, kök salmalıyam. Çox yerlərdə olmuşam, ancaq Bakı mənim üçün siyahıda önəmli yerlərdən biridir. Bakıdan ev almaq niyyətim olsa da, çətin bir qrafikim olduğu üçün bunu edə bilmirəm".

O, Birinci Vitse-Prezident başda olmaqla, bütün Azərbaycan xanımlarının şahzadə olduğunu vurğulayıb: "Mehriban Əliyevanın simasında Azərbaycan xanımları çox möhtəşəmdirlər, xeyirxahdırlar. Onlar bizim üçün bir şahzadədilər. Bu xanımları sevməmək mümkün deyil".

Filipp RusiyaAzərbaycan KİV-lərində Xalq artisti Aygün Kazımova ilə sevgili olması barədə yayılan xəbərlərə də münasibət bildirib: "Şəxsi münasibətdən danışırıq, biz dostuq. Bizim duetdə hər şey olduğu kimidir. Eyni zamanda, Xalq artisti Aygün Kazımova ilə çıxışımız olacaq. Biz bu dəfə xüsusi bir şouya hazırlaşmışıq. "Calma" ifasını səsləndirəcəyik. Həmçinin, "Azərbaycan" adlı mahnı ifa edəcəyik. Bu, kiminsə xoşuna gəlmək üçün edilməyəcək. Sadəcə mənə sevgi ilə yanaşanlar üçün bir təşəkkürdür".

Müğənni konsert üçün Moskvadan Bakıya 7 TIR gəldiyini bildirib: "Siz şouda daha çox geyim və rəqqas görəcəksiniz. Heç vaxt olmayıb ki, konsertlərimdə nəyisə təkrar edim. Əgər mənim konsertimdirsə, şou mütləq olmalıdır. Buna görə də, estrada sahəsində hələ də qalmışam".

pia.az


Etiket: Filipp Kirkorov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar