Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ramiz Rzayev məni aldatdı…”– Şəhid anasının şikayəti

Şəki şəhər sakinindən Ali Məhkəmənin sədri Ramiz Rzayevdən şikayət var...

“O yaşda kişi mənə söz verdi ki, işə ədalətli baxılacaq, ancaq…”

Göyçay rayonu Cəyirli kənd sakini, şəhid anası Beydullayeva Xəzangül Səftər qızı qarşılaşdığı haqsızlıqlarla bağlı ölkə başçısına müraciət edib. Müraciətinin bir nüsxəsini də “AzPolitika.info”ya göndərən X.Beydullayeva Göyçay rayon Məhkəməsinin sədri Zəfər Quliyev və icra başçısı Mehdi Səlimzadədən şikayət edir.

Oğlu Beydullayev Dəyanət Qiyas oğlunun Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğunu bildirən X.Beydullayeva, hazırda şəhid ailəsi olaraq, çox acınacaqlı vəziyyətdə yaşadıqlarını qeyd edir: “Mən şəhid anasıyam və bundan qürur duyuram. Ancaq çox təssüf ki, mənim çoxsaylı şikayətlərimə obyektiv baxılmır. Şəhid ailəsinə qarşı edilmiş qanunsuzluq barədə Göyçay Rayon Məhkəməsinin sədri Zəfər Quliyevə şikayət ünvanlamışam. Lakin o, heç bir araşdırma aparmadan işə başdansovdu münasibət göstərərək, işini bitmiş hesab edir.”

X.Beydullayeva şikayətində bildirir ki, hakim Zəfər Quliyevin və rayonun icra başçısı Mehdi Səlimzadənin haqsız, qanunsuz hərəkətləri səbəbindən şəhid ailəsi dolanışıq mənbəyindən məhrum olunub: “Göyçay şəhəri, Natəvan küçəsi ilə Ə.Məmmədxanlı küçəsinin kəsişdiyi ərazidə yerləşən və mənə bağışlanan mağazanın inşasına Göyçay Rayon İcra Hakimiyyəti və digər aidiyyatı qrumlar sənədli razılıq veriblər. Bundan sonra həmin mağazanı qohumum Salmanov Əfqan Salman oğlu halal pulu ilə inşa edərək, şəhid anası kimi mənə bağışlayıb. Lakin həmin mağazanı Göyçay rayon Məhkəməsinin sədrinin və icra başçısının açıq-aşkar müdafiə etdiyi Eldəniz Dursunəli oğlu İbrahimov adlı biri zor gücünə zəbt edib və leqallaşdırıb. Belə ki, Eldəniz İbrahimovun zəbt etdiyi mağazadan çıxarılması üçün Əfqan Salmanovun məhkəmədə qaldırdığı iddialar təmin edilmədi, hakimlər heç bir araşdırma aparmadılar, konkret və mötəbər subutlara qiymət vermədilər.

Həmin mağazanı Əfqan Salmanovun inşa etdirməsini təsdiq edən inşaat ustaları, fəhlələr var. Həmçinin reyestr çıxarışı alınması üçün ilkin razılıq sənədləri mövcuddur. Mağazanı zəbt edən Eldəniz İbrahimovun isə həmin mağazaya aid heç bir sənədi yoxdur. Əfqan Salmanovun Göyçay Rayon Məhkəməsinə verdiyi iddia ərizəsi üzrə keçirilən məhkəmə iclasında 2 nəfər qondarma şahid ifadə verərək qeyd edib ki, həmin mağazanı onlar Eldəniz İbrahimovun sifarişi ilə inşa ediblər. Bu isə tam yalandır. Həmin iki nəfər şahidin bilə-bilə yalan ifadə verməsini təsdiq edən konkret və mötəbər subutlarımız və çoxlu sayda şahidlərimiz var. Lakin bütün bunlara Göyçay Rayon Məhkəməsi və Şəki Apellyasiya Məhkəməsi hüquqi qiymət vermədi. Həmçinin, kassasiya şikayətimiz əsassız olaraq təmin edilmədi.”

Bundan sonra şəhid anası 19 iyul 2019-cu il tarixdə Şəki şəhərində Ali Məhkəmənin sədri Ramiz Rzayevin qəbulunda olduqlarını və onun işə obyektiv baxılacağına söz verdiyini yazır: “Əlavə kassasiya şikayəti vermək üçün Şəki şəhərində Ali Məhkəmənin sədri Ramiz Rzayevin qəbulunda olduq. O yaşda kişi mənə söz verdi ki, işə ədalətli baxılacaq, ancaq məni aldatdı. Bizə 3 aydan sonra məktub göndərdi ki, əlavə kassasiya şikayətinə baxılmasına əsas yoxdur. Bizə qarşı qanunsuz qətnaməni ilk olaraq Göyçay Rayon Məhkəməsinin hakimi Zəfər Quliyev çıxarmışdı. Verilən apellyasiya və kassasiya şikayətlərini isə Şəki Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin hakimləri əsassız olaraq təmin etməyiblər.”

Bütün bu qanunsuzluqların şəhid ailəsinin sosial durumuna mənfi təsir göstərdiyini qeyd edən şikayətçi bildirir ki, 6 nəfərlik ailənin yeganə gəlir mənbəyi 300 manatlıq şəhid məvacibidir: “Mən hazırda 6 nəfərdən ibarət ailəmlə Cəyirli kəndində yoxsulluq içində yaşayıram. Çünki ailəmizdə heç kəs işləmir. Evimizə ay ərzində daxil olan pul yalnız şəhid məvacibidir. Bu pul isə bizim ailənin 7 gün normal yaşamasına güclə çatır. Qalan 23 günü dilənçi vəziyyətində yaşayırıq. Qohumum Salmanov Əfqan Salman oğlu bizim dilənçi günündə yaşamağımızı görüb, humanistlik etdi. Özünə məxsus ərazidə yerləşən mağazanı bizim ailəyə bağışladı. Buna görə çox sevindik ki, həmin mağazadan əldə olunan gəlirlə insan kimi normal yaşayarıq. Ancaq Zəfər Quliyevin və digər hakimlərin qanunsuz fəaliyyəti buna mane oldu.”

Sonda ölkə başçısına üz tutan şəhid anası xahiş edir ki, bu işin obyektiv araşdırılması təmin olunsun.

Yazıda adı çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq. (AzPolitika.info)

pia.az


Etiket: şəhid ailəsi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar