Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin irad tutduğu yolda işlərə başlanıldı - Agentlikdən açıqlama

Prezident İlham Əliyev oktyabrın 28-də Qəbələdə yol açılışı zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədova iradlarını bildirib...

“Mən indi Bakı-Şamaxı yolu ilə gəlmişəm. Bu yol yaxşıdır. Vaxtilə göstəriş vermişdim ki, yol dörd zolağa genişləndirilsin, demək olar, başa çatıb. Amma Şamaxı-İsmayıllı yolu bərbad vəziyyətdədir. Belə bir yolla biz barışa bilmərik. Niyə məlumat vermirsiniz bu haqda?”.

PİA.az xəbər verir ki, məsələ ilə bağlı AAYDA-nın mətbuat katibi Anar Nəcəfli "Modern.az"a açıqlama verib. A.Nəcəfli bildirib ki, artıq Prezidentin iradları ilə bağlı işlərə başlanılıb:

“Ölkə başçısı Qəbələdə açılışda olarkən İsmayıllı yolu ilə bağlı iradları bildiriib. Hazırda yolun yenidən qurulması ilə bağlı AAYDA-nın “Azəryolelmitədqiqatlayihə” İnstitutunun əməkdaşları əraziyə ezam olunublar. Topoqrafiya planlanma işləri həyata keçirilir. Yaxın günlərdə geodeziya kəşfiyyat işlərinə başlanılacaq. Xüsusi dronlar vasitəsilə yolun elektron xəritəsi hazırlanacaq. Layihə tam olaraq hazırlandıqdan sonra bu ilin sonuna kimi aidiyyatı üzrə təhvil veriləcək. Bütün dövlət qurumlarının razılığından sonra növbəti ilin investisiya proqramına salınıb işlərə başlanılacaq”.

Agentlik rəsmisi qeyd edib ki, yolun başlanğıcı Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 133-cü kilometrliyindən start götürür:

“Yolun ilk 16 kilometrlik hissəsi 4-cü texniki dərəcəlidir. Digər 16-40-cı kilometrlik hissəsi 3-cü texniki dərəcəlidir. Yolun eni 6-7 metr arası dəyişir. 0-8-ci kilometr hissəsində sürüşmə nöqtələri mövcuddur. Yol 1978-ci ildə o vaxtkı norma və standartlara uyğun inşa olunub. Hazırkı norma və standartlara cavab vermir. Ona görə də yolda tez-tez dağılmalar, qabara-çökmələr əmələ gəlir. Sürüşmə nöqtələrində problemlər mövcuddur. Layihə təsdiqləndikdən sonra tam olaraq yolun müasir şəkildə 2-ci texniki dərəcəyə uyğun işlənib hazırlanması nəzərdə tutulub”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar