Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maliyyə Nazirliyində kadr və struktur dəyişiklikləri olub

Maliyyə Nazirliyində Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzi yaradılıb...

Mərkəzə rəhbərlik İlham Kərimova həvalə olunub.

Bundan başqa, nazirliyin Hüquq şöbəsinin müdiri Xaliq Rəhmanov qurumun aparat rəhbərinin müavini təyin edilib. O, eyni vaxtda iki vəzifə daşıyacaq.

Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyə şöbəsinin müdiri Xaqani Rzayev isə nazirlik yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi təyin olunub.

Adı çəkilən şöbənin əvəzində isə 2 yeni şöbə yaradılıb. Bunlardan biri Sosial müdafiə, sosial təminat və səhiyyə sahələrinin maliyyəsi şöbəsidir ki, ona müdir Cavid Məmmədov təyin edilib. Digər yeni şöbə isə Təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrinin maliyyəsi şöbəsidir ki, onun müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Zakir Hacıyevə həvalə olunub.

Həmçinin Maliyyə Nazirliyinin hərbi qurumların və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin müdiri dəyişib. İndiyə qədər şöbəyə rəhbərlik edən Rafiq Hüseynovu Etibar Kərimov əvəz edib.

Bundan başqa, nazirliyin ümumi şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Şahin Qarayevə həvalə olunub. O, bu vəzifədə bir qədər əvvəl 65 yaşının tamam olması ilə əlaqədar təqaüdə göndərilmiş Lalə Həsənovanı əvəzləyib.(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar