Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov qəbul keçirib - Video

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov qəbul keçirib...

Qəbulda digər məsələlərlə yanaşı, FHN Dövlət Yanğından Mühafizə Xidmətində işə qəbul olmaq istəyənlərin də müraciətinə baxılıb.

İşə düzəlmək üçün sənəd verən Siyavuş Vəliyev Bakıda yaşadığını, bu gün tələb olunan sənədləri təqdim edərək qeydiyyata düşdüyünü deyib. O, prosesin rahat keçdiyini, həftənin cümə günü idman normativləri üçün imtahana çağırılacağını bildirib.

İş üçün sənəd verən digər şəxs - Elçin İsmayılov Qaxda yaşadığını, yanğınsöndürən vakansiyası üzrə müraciət etdiyini söyləyib: "Bu həftənin cümə axşamı idman normativi vermək üçün dəvət edəcəklər".

Qazaxda yaşadığını deyən Elgün Mahmudov da sənədlərini verərək, qeydiyyata düşdüyünü bildirib: "Hər şey çox rahat oldu. Qazaxda yaşayıram. Vakansiyanın fərqi yoxdur".

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov APA-ya açıqlamasında bildirib ki, işlə bağlı müraciət edənlərin hamısının müraciətinə fərdi qaydada baxılacaq: "Çoxlu müraciət var. Hər kəsə fərdi qaydada qəbul qaydaları izah olunur və qeydiyyat aparılır. Qeydiyyata alınanların hər birini sabahdan etibarən imkan daxilində dəvət edib, fərdi qaydada qəbul edəcəyəm, hamısını dinləyəcəyəm. Qəbulda kadrlar şöbəsinin nümayəndəsi də olacaq və məsələlər yerində həllini tapacaq".

F. Əsədov qeyd edib ki, FHN-də isə qəbulun öz qaydaları var: "Bura gəlib, həmin gün işə qəbul olmaq olmur. Qeydiyyat aparılır, müraciət qəbul olunur. Fiziki hazırlıq yoxlanılır, bunun üçün gün təyin olunur. Həkim komissiyasından keçmək lazımdır, komissiya sağlamlıq haqqında rəy verməlidir. Bütün bu prosesin sonunda harada vakansiyamız varsa, iş üçün müraciət edən şəxsi ora yerləşdiririk".

Xidmət rəisi iş üçün müraciət edənlər arasında şəhid ailələri və əlillərə üstünlük verildiyini bildirib. O, rayonlarda yaşayanların Bakıya gəlib əziyyət çəkməmələrini də məsləhət görüb: "Nazirin əmri ilə rayonlarda müvafiq komissiya işə qəbul həyata keçirir. Tələblərə cavab verən şəxslər işlə təmin olunur”.

Qeyd edək ki, bu ilin əvvəlindən FHN-in strukturlarına 5 mindən artıq vakant mülki, hərbi və xüsusi vəzifələr üzrə işə qəbul elan edib. Bununla bağlı FHN rəsmi saytında və mediada elanlar verib. Artıq demək olar ki, vakant yerlər tutulub. FHN vakant yerlər yarandıqca bu barədə mütəmadi elanlar verir, işə qəbul həyata keçirir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar