Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin Cümhuriyyət, Atatürkün prezident olduğu gün - Fotolar

Bu gün Türkiyə Cümhuriyyət Bayramını qeyd edir...

29 oktyabr 1923-cü ildə Türkiyə Böyük Millət Məclisində ölkədə Türkiyə Cümhuriyyəti elan edilib. 29 oktyabr Cümhuriyyət Bayramı hər il Türkiyə və Şimali Kipr Türk Respublikasında qeyd olunur. 1925-ci ildə çıxarılan qanunla həmin gün bayram elan edilib.

I Dünya Müharibəsindən sonra məğlubiyyətlə üzləşən Osmanlı İmperatorluğu süquta uğradı. 1920-ci ildə Böyük Millət Məclisinin sədri seçilən Mustafa Kamal Atatürk "Ya istiqlal, ya ölüm" şüarı ilə mübarizəyə başladı, Qurtuluş Savaşı, İnönü Müharibələri, Sakarya Meydan Müharibəsi və Baş Komandan Döyüşlərində qalib gələ bildi. M.K.Atatürk 24 iyul 1923-cü ildə Yunanıstan və I Dünya Müharibəsinin digər iştirakçıları ilə Lozanna Sülh Müqaviləsini imzaladı və Türkiyənin müstəqilliyi digər ölkələr tərəfindən rəsmi olaraq tanındı.

Böyük Millət Məclisi 11 avqust 1923-cü ildə ilk dəfə iclas keçirdi. 13 oktyabrda Ankara paytaxt seçildi. 29 oktyabrda Türkiyə Cümhuriyyəti, Atatürk isə ilk prezident elan edildi.

Cümhuriyyətin elan edilməsi Türkiyənin müasir və mədəni ölkələrlə bir səviyyəyə çatması üçün ilk addım oldu. 29 oktyabrdan sonra ölkədə siyasi, iqtisadi, mədəni, təhsil, hüquq, sənaye, ticarət sahələrində ciddi islahatlar aparıldı.(qaynarinfo)

pia.az


Etiket: Atatürk


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar