Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ankara Vaşinqton və Moskva ilə Suriya bazarlığından əli boş çıxıb?..

Türkiyə “Sülh çeşməsi” əməliyyatını dayandırmaqla oyundankənar vəziyyətdə qalıb?..

Politoloq: “Qərbin aparıcı KİV-ləri Türkiyənin ABŞRusiya ilə danışıqlardan uğurla çıxdığından yazır. Rəqib belə Türkiyənin diplomatik masada da qazandığı uğuru qəbul edir”.

“Ankara iki böyük gücə - Vaşinqton və Moskvaya “Sülh çeşməsini” qəbul etdirdi. Bu artıq Türkiyənin Suriyada üçüncü hərbi əməliyyatıdır”.

Bu sözləri Əhəd Məmmədli Türkiyənin “Sülh çeşməsi” əməliyyatını dayandırdıqdan sonra Suriyada oyundankənar vəziyyətdə qalması iddiasını PİA.az-a şərh edərkən qeyd edib.

Qeyd edək ki, bir çox Türkiyə analitikləri hesab edirlər ki, ABŞRusiya ilə əldə edilən razılaşma əsasında “Sülh çeşməsi” əməliyyatını dayandıran Türkiyə əslində Suriyada oyundankənar vəziyyətdə qalmaqla yanaşı təməl problemlərini həll edə bilməyib. Əksinə Rusiyanın və Bəşər Əsədin əlinə oynayaraq onları gücləndirib.

Bu iddialarla bağlı nə demək olar? Xüsusən YPG-nin fiziki və texniki cəhətdən demək olar ki, itki verməməsi və bütün gücünü qoruyub saxlaması gələcəkdə Türkiyə üçün hansısa təhlükələrin olmasından xəbər verir?

Mövzunu PİA.az-ın əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli ilə müzakirə edib.

Əhəd Məmmədli: “YPG-yə başqa yol qalmır, onlar türk silahlı qüvvələri tərəfindən məhv edilməmək üçün, Suriya ordusu sıralarına daxil olurlar. Bununlada “müstəqil” təşkilat kimi səlahiyyətlərini təhvil verirlər”.

PKK terror təşkilatının tam məhv edilmə hədəfini götürən Türkiyə Silahlı qüvvələrinin terrorçuların harada məskunlaşmasından asılı olmayaraq qurudan və havadan zərbələrini davam etdirəcəyini proqnoz edən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, terrorçular silahlarını götürüb hara qaçsalar belə haqq etdikləri intiqamdan qurtula bilməyəcəklər:

“Bunu deyənlər CHP zehniyyatında olanlardır. Elə qərəzlilərə çox da fikir vermək lazım deyil. Qərbin aparıcı KİV-ləri Türkiyənin ABŞRusiya ilə danışıqlardan uğurla çıxdığından yazır. Rəqib belə Türkiyənin diplomatik masada da qazandığı uğuru qəbul edir.

Bildiyiniz kimi Ayn-el Arab (Kobani) ateist terrorçular YPG-dən təmizlənərək türk və rus hərbiçilərinə təhvil verildi. Bu Soçidə razılığa gəlinən Ərdoğan-Putin razılaşmasına uyğun baş verdi. Ayn-el Arab türk və rus hərbi qulluqçuları tərəfindən patrul edilərək asayiş . Türkiyə-Rusiya razılaşmasına uyğun olaraq, Türkiyə Suriya sərhəddinin bir hissəsinə Suriya qoşunları yerləşdirilir. Bütün bunlar onu göstərir ki, Türkiyə ilə Rusiya arasında razılaşma yerinə yetirilmə mərhələsindədir.


Əhəd Məmmədli: “Ola bilsin ABŞ-ın dəstəklədiyi terrorçularda mövqelərini qoyub İraqa tərəf qaçıblar. İraqda da zatən Türkiyə quru və havadan terrorçulara sarsıdıcı zərbələr endirir”.

Ankara iki böyük gücə - Vaşinqton və Moskvaya “Sülh çeşməsini” qəbul etdirdi. Bu artıq Türkiyənin Suriyada üçüncü hərbi əməliyyatıdır. Ankaranın ən böyük qazancı YPQ terror təşkilatı tam olaraq Türkiyə sərhəddinnən çəkilməsidir. “Sülh çeşməsi”ni əhatə edən Türkiyə-Suriya sərhəddininin bir hissəsini tam olaraq, digər hissəsinidə RusiyaSuriya ilə birlikdə Türkiyənin nəzarətində olacaq. Türkiyə əsas istəyinə çatdı. YPQ-ni sərhədlərindən rədd etdi. ABŞ tərəfindən boşaldılmış bazaları Rusiya doldurdu. Müqəddəs yer boş qalmır. ABŞ İraqa tərəf çəkildi.

Ola bilsin ABŞ-ın dəstəklədiyi terrorçularda mövqelərini qoyub İraqa tərəf qaçıblar. İraqda da zatən Türkiyə quru və havadan terrorçulara sarsıdıcı zərbələr endirir. PKK terror təşkilatının tam məhv edilmə hədəfini götürən Türkiyə Silahlı qüvvələri terrorçuların harada məskunlaşmasına rəğmən qurudan və havadan zərbələrini davam etdirəcək. Yəni terrorçular silahlarını götürüb hara qaçsalar belə haqq etdikləri intiqamdan qurtula bilməyəcəklər.

Həmçinin YPG-yə başqa yol qalmır, onlar türk silahlı qüvvələri tərəfindən məhv edilməmək üçün, Suriya ordusu sıralarına daxil olurlar. Bununlada “müstəqil” təşkilat kimi səlahiyyətlərini təhvil verirlər. Rəsmi Ankaraya da bu lazımdır”.

Nərminə UMUDLU
pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar