Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bağdadinin kadrından geriyə qalanlar... - Yeni İŞİD lideri kim olacaq?

Səddam Hüseyn dönəmində vəzifə tutmuş şəxslərin də iştirak etdiyi İŞİD-in nüvə katd bazası illər ərzində çox zərbələr alıb. Təşkilatın bir çox lideri öldürülüb. Maraqlıdır, görəsən, geridə qalanlardan kim yeni rəhbər olacaq?..

Elvide Demirkol
“The Independent” qəzeti, 27 oktyabr 2019-cu il

İŞİD lideri Əbubəkr Bağdadinin ölüm xəbəri ABŞ prezidenti Donald Tramp tərəfindən rəsmən açıqlanıb və bir dönəm İraqda və Suriyada hökm sürmüş təşkilata bundan sonra kimin rəhbərlik edəcəyi sual altındadır.

İraqın sabiq Daxili İşlər müşaviri Adnan Əsədi 2014-ün fevralında “Əl Arabia”ya verdiyi müsahibədə İŞİD-in lider kadrlarını ortaya qoymuşdu.

Əsədinin verdiyi məlumata görə, hər biri İraqdan çıxmış bu 6 nəfərin ən azı üçü Səddam Hüseynin ordusunda xidmət edib, digərləri isə əvvəllər bir müddət İraqdakı həbsxanalarda qalıb və azadlığa buraxıldıqdan sonra Suriyadakı müharibədə iştirak ediblər. Lakin bu siyahıda olanların çoxu ya öldürülüb, ya da itkin düşüb.

Əbubəkr Bağdadi

Əsl adı İbrahim Bədri olan və əvvəllər Əbu Dua adıyla da tanınan Bağdadi 4 iyun 2004-cü ildə Amerika qüvvələri tərəfindən həbs edilmədən əvvəl İslam araşdırmaları üzrə dərs deyirdi. O, həmçinin, Bağdad və Fəllucədəki məscidlərdə imamlıq edirdi.

Həbsxanada keçirdiyi 3 ildən sonra azadlığa buraxılıb, “Sünni Ordusu”nu yaradıb və Əl-Qaidəyə qoşulub. Əbu Ömər Bağdadinin ölümündən sonra təşkilatda 3-cü sıraya yüksəlib. Bu günə qədər ölməsi ilə bağlı dəfələrlə xəbər yayılıb.

Axırıncı 2014-ün iyulunda çəkilmiş bir şəklindən sonra, bu ilin aprel ayında Bağdadiyə aid olduğu deyilən bir video yayılmışdı. Videoda görünür ki, Bağdadi başqa ölkələrlə əlaqədə olan təşkilatlar haqqında danışır və əlində “Türkiyə vilayəti” yazılı bir sənədə nəzər salır.

Əbu Əymən İraqi

İŞİD-in öndə gedən liderlərindən və hərbi şuranın üzvlərindən olan İraqi Səddam Hüseynin rəhbərliyi dövründə İraq Hava Qüvvələri kəşfiyyatında polkovnik kimi çalışıb. Həmin vaxtlarda ləqəbi Əbu Məhəmməd Süveydəvi idi. 2007-ci ildə 3 il azadlıqdan məhrum edilib. Azadlığa çıxandan sonra Suriyaya keçib və burada İdlib, Hələb və Əl-Laziqiyyə şəhərlərində İŞİD əsgərlərinə komandanlıq edib. Onun 7 noyabr 2014-cü ildə ABŞ qüvvələrinin Mosulda törətdiyi hava hücumunda öldürüldüyü iddia edilmişdi.

Əbu Əhməd Əlvani

Əsl adı Vəlid Cəsim olan və Səddam ordusunun köhnə üzvlərindən olan Əlvani İŞİD-in həbri şurasında iştirak edib. İddialara görə, o, 2014-ün sonlarında ABŞ-ın İraqda dronlarla törətdiyi hücumda öldürülüb. Lakin 2015-də hələ də sağ olması barədə xəbərlər çıxdı.

Əbu Əbdürrəhman Biləvi

İŞİD-in hərbi şurasının 4 üzvündən biri və təşkilatın Şura Məclisinin rəhbəri idi. İraqın Ənbər vilayətindəki Xalidiyyə rayonundan olan Biləvi 27 yanvar 2005-ci ildə həbs edilib və Amerikanın hərbi istintaq mərkəzi olan Buka düşərgəsinə aparılıb. Qeyd olunur ki, əsl adı Adnan İsmayıl Nəcm olan İŞİD lideri 2014-ün iyulunda Xalidiyyədə öldürülüb.

Hacı Bəkir

Əsl adı Samir Əbd Məhəmməd Xüleyfəvi olan Hacı Bəkir Səddamın ordusunda köhnə bir əsgər idi və silah təkmilləşdirməkdə ittiham olundu. Sonra da Buka düşərgəsinə göndərilib və azadlığa buraxılandan sonra Əl-Qaidəyə qoşulub. Ölümünə qədər İŞİD-in Suriyadakı ən güclü komandiri olduğu iddia edildi.

Almaniyada yayımlanan “Der Spiegel” jurnalı 2015-də verdiyi bir xəbərdə Suriyaİraqın böyük bir qismini ələ keçirən və bir çox ölkədə terror aktları həyata keçirən İŞİD-in keçmişi ilə bağlı önəmli sənədlər paylaşıb. Bu xəbərə görə İŞİD-in İraqda və Suriyadakı bütün quruluşlarını Səddam Hüseyn dönəmində “Baas” Partiyasının kəşfiyyat əsgərlərindən biri olan Hacı Bəkir planlaşdırıb. Hacı Bəkirin qurduğu təşkilat Almaniyanın gizli polisi olan Stasiyə bənzədilirdi.

Əbu Fatma Caheyşi

Əsl adı Nima Əbd Naif Cəburi olan Caheyşi İraqın şimalında Kərkükə köçmədən əvvəl, İraqın cənubundakı İŞİD əməliyyatlarına nəzarət edirdi. Sübut edilməmiş məlumatlara görə, o, 2015-in avqust ayında ABŞ hava hücumunda öldürülən Abu Müslüm Türkməninin yerinə təyin edilmişdi. Xəbərlərə görə, İŞİD-in hərbi kpmitəsinə rəhbərlik edib, təşkilatın yüksək səviyyəli 5 komandirindən biri olub və İŞİD-in “Kərkük qubernatorluğu”nu da idarə edib.

Bağdadinin 2015-in oktyabrında ciddi şəkildə yaralanması iddiaları ortaya atıəldıqda Caheyşinin adı da xələf kimi səslənməyə başlandı. İŞİD-in koalisiya qüvvələri və İraq birlikləri qarşısında bəzi torpaqları itirdikdən sonra İraqdan Suriyaya keçib. 2018-in əvvəlindən bəri İŞİD-in azalan torpaqlarının hara getidiyi hələ də məlum deyil.

Abdullah Qardaş

İŞİD-in yayım orqanı olan “Amak” Xəbər Agentliyi iddia edir ki, Bağdadi öz yerini iraqlı Abdullah Qardaşa verib. Bağdadinin səhhəti pisləşdikdən sonra yerinə kimi təyin edəcəyi danışılırdı və bu barədə çıxan xəbərlər hələ təşkilat tərəfindən rəsmən təsdiq edilməyib. Telafər əsilli türkmən olan Qardaş Bağdadi ilə birlikdə 2003-cü ildə İraqda Amerika qüvvələri tərəfindən həbs edilmişdi.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar