Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azyaşlı qızlarını ərə verən valideynlər cinayət məsuliyyətinə cəlb olunsun?..

Zaman keçdikcə daha da azğınlaşan erkən nikah kimi sosial bəlaya qarşı necə mübarizə aparmaq olar?

Sosioloq: “Azyaşlı qızlarını ərə verən valideynlərin cinayət məsuliyyətinə cəlb olunmasına normal yanaşıram”.

“Bir neçə məsələ var ki, biz məcburuq onlara da inzibati yollarla müdaxilə edək. O cümlədən yaxın qohumlarla nikahın da inzibati yollarla qadağan olunması tətbiq olunmalıdır”.

Bu sözləri sosioloq Əhməd Qəşəmoğlu azyaşlı qızlarını ərə verən valideynlərin cinayət məsuliyyətinə cəlb olunması məsələsini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Gürcüstanın Kaxetiya regionunda yetkinlik yaşına çatmayan qızını ərə verməyə çalışan 44 yaşlı azərbaycanlı saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin saytında yazılıb. Saqareco rayonunun azərbaycanlılar yaşayan Yormuğanlı kənd sakini 17 yaşlı qızına ərə getməsi üçün psixoloji təzyiq göstərib.

Polis atanı saxladıqdan sonra ona və həyat yoldaşına mövcud riskləri nəzərə alaraq valideynlik hüququnu məhdudlaşdıran sənəd təqdim edib. Gənc qız isə xüsusi sığınacağa yerləşdirilib.

Atanın günahı sübuta yetirilərsə, onu 2 ildən 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Ümumiyyətlə Azərbaycanda erkən nikahların geniş yayıldığını və sosial bəlaya çevrildiyini nəzərə alarsaq azyaşlı qızlarını ərə verən valideynlərin cinayət məsuliyyətinə cəlb olunmasına necə yanaşmaq olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı sosioloq Əhməd Qəşəmoğluna müraciət edib.

Əhməd Qəşəmoğlu: “14-15 yaşında ərə gedən bir qızın gələcəkdə xoşbəxt olması və hayatını doğru qura bilməsi çox nadir hallarda baş verir”.

Azyaşlı qız təkcə həmin valideynin şəxsi əşyası olmadığını bildirən sosioloq PİA.az-a açıqlamasında əlavə edib ki, həmin azyaşlı qız həm ölkənin vətəndaşıdır, həm də özünün hüquqları olan şəxsdir. Yəni azyaşlı vaxtında qızın ərə verilməsi qızın şəxşi həyatına da müdaxilə etməkdir. Həmçinin bəlkə də şəxsi həyatını tamamilə korlamaqdır:

“Azyaşlı qızlarını ərə verən valideynlərin cinayət məsuliyyətinə cəlb olunmasına normal yanaşıram. Çünki azyaşlı qız təkcə həmin valideynin şəxsi əşyası deyil. Həmin azyaşlı qız həm ölkənin vətəndaşıdır, həm də özünün hüquqları olan şəxsdir. Yəni azyaşlı vaxtında qızın ərə verilməsi qızın şəxşi həyatına da müdaxilə etməkdir. Həmçinin bəlkə də şəxsi həyatını tamamilə korlamaqdı. 14-15 yaşında ərə gedən bir qızın gələcəkdə xoşbəxt olması və hayatını doğru qura bilməsi çox nadir hallarda baş verir. Onların böyük əksəriyyəti bədbəxt olurlar, həyatları tamaməmən korlanır. Bunun məsuliyyətini isə təbii ki, valideyn daşıyır. Amma artıq həyatı korlanmış bir qız uşağının valideynin sonrakı peşmançılığı da o qızı üçün heç bir şey dəyişmir. Ona görə də əgər valideynlər öz məsuliyyətlərini başa düzə bilmirlərsə, onda onlara qarşı hüquqi adminstrativ məsuliyyət tətbiq olunmalıdır. Mən hüquqi məsuliyyət digər azyaşlı qızların həyatlarının korlanmasının qarşısını ala bilər, deyə düşünürəm.

Cəmiyyətdə proseslərin günü-gündən mürəkkəbləşdiyi, mühitin dəyişdiyi vaxtda yaşayırıq. Azyaşlı bir qız da yetkinlik yaşına çatanda ərə verilirsə, müəyyən zamandan sonra yetkin şəxs kimi formalaşacaq. Yetkin kimi formalaşdığı üçün artıq dünya haqqında təsəvvürləri də dəyişəcək. Əksər hallarda da azyaşlı vatında ailə qurtuğuna görə qızlar yetkinlik vaxtında özlərini çıxılmaz vəziyyətdə olduqlarını hiss edirlər.

Əhməd Qəşəmoğlu: “İllərdir deyirik ki, yaxın əmi qızı, xala qızı, dayıqızı ilə evlənməyin. Bu olmaz. Çünki sonra çoxlu xəstə uşaqlar doğulur”.

Qeyd edim ki, bu məsələ ilə bağlı dövlətin də öz siyasəti və qanunları var. Azyaşlı qızlarını ərə verən valideynlər həm də dövlətin qanunlarına zidd hərəkət edirlər. Buna görə də azyaşlı qızların valideynləri tərəfindən ərə verilməsi məsələsinin inzibati yollarla tənzimlənməsinə normal baxıram.

Onu da vurğulayım ki, biz uzun illərdir nə qədər maarifləndirmə işləri aparsaq da, nə qədər hüquqlardan danışsaq da bir çox insanlar buna məhəl qoymurlar. Məsələn illərdir deyirik ki, yaxın əmi qızı, xala qızı, dayıqızı ilə evlənməyin. Bu olmaz. Çünki sonra çoxlu xəstə uşaqlar doğulur. Lakin bunu çoxları eşitmir. Eşitmək istəmir. Xüsusən valideynlər qulaqlarını tıxayırlar və öz gələcəklərinin əlil olmasını bilərkdən təmin edirlər.

Eyni zamanda bu əxlaqi-mənəvi cəhətdən də xoşagəlmə haldır. Çünki doğma bacısı qədər doğma olan bir adama sonra başqa gözlə baxırlar. Amma nə qədər deyilsə də, sanki eşitmirlər. Deyirsən bu cür toylar sosial bəladır, həm də həmin toylar cəmiyyətimiz uçun biryabırçılıqdır. Amma eşidən yoxdur. Buna görə bir neçə məsələ var ki, biz məcburuq onlara da inzibati yollarla müdaxilə edək. O cümlədən yaxın qohumlarla nikahın da inzibati yollarla qadağan olunması tətbiq olunmalıdır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar