Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubada sel təhlükəsi – AMEA

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu tərəfindən Böyük Qafqazın şimal-şərq yamacı relyefinin ekoloji-geomorfoloji şəraitini öyrənmək üçün Şahdağ-Qızılqaya massivində, Xınalıq-Cek-Qırız-Qalayxudat kəndləri ərazilərində, Şahnabadçay-Qusarçay-Qudyalçay hövzələrində, Ləzə kəndi və ətraf yerlərdə tədqiqatlar aparılıb

Bunu AMEA-nın Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi Rafael Abdullayev deyib. Onun sözlərinə görə, araşdırmalar nəticəsində ərazinin təbii tarazlığının ciddi şəkildə pozulduğu aydın olub: “Həmin ərazilərə təbii amillərlə yanaşı, antropogen amillər də təsir edir. Demək olar ki, həmin ərazilərdə otlaq sahələri qalmayıb. Bu ərazilər həddən artıq yüklənib. Buna görə də orada vəziyyət acınacaqlıdır. Təzə yolların çəkilməsi, infrastrukturun inkişafı ilə əlaqədar görülən plansız işlər sürüşmə zonalarının meydana gəlməsinə səbəb olur. Bu ərazilərdə sürüşmə zonaları arta bilər. Artıq sel ocaqları əmələ gəlməyə başlayıb”.

R.Abdullayev qeyd edib ki, Qubadan Ləzə kəndinə çəkilən yeni yol ətrafında yolun fundamenti üçün karyerlər açılır. Bu karyerlər də sürüşmələrə səbəb olur: “Araşdırmalar əsasında hesabat hazırlanacaq, sonra isə məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunacaq”. (APA)

pia.az


Etiket: AMEA Quba

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar