Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda inhisarçılığa qarşı mübarizə başlayır: Nazirdən ilk açıqlama - Video

“Bazar iqtisadiyyatının bir neçə təməl prinsipi var – mülkiyyətin toxunulmazlığı, qanunların aliliyi. Bu prinsiplərdən biri də azad rəqabətdir. Azad rəqabət prinsipinin təmin edilməsi üçün demək olar ki, bütün ölkələrdə, bütün iqtisadiyyatlarda antiinhisar qurumları fəaliyyət göstərir”

PİA.az xəbər verir ki, bu fikirləri Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov bu posta təyin olunduqdan sonra verdiyi ilk müsahibədə deyib. O, əlavə edib ki, antiinhisar qurumlarının əsas məqsədi azad rəqabəti qorumaqdır:

"Azad rəqabət nəyə görə vacibdir, nəyə görə bu təməl prinsipdir?! Çünki rəqabət olduğu şəraitdə biznesin məhsuldarlığı artır, istehlakçının hüquqları daha aydın şəkildə qorunur. Artıq bazarda alıcı ilə satıcı arasındakı münasibət bir tərəfin diktəsinə əsasən deyil, tələb-təklif əsasında qurulur.

Bizim iqtisadiyyatda hələ də antiinhisar sahəsində problemlərlə rastlaşırıq. Bu, özünü müxtəlif amillərdə büruzə verir - ilk növbədə qiymətlərin nizam-intizamının pozulmasında, bazara çıxışın məhdudlaşdırılmasında.

Ona görə də bizim başlıca vəzifələrimizdən biri antiinhisar orqanının fəaliyyətini gücləndirmək, onu zəruri olan mütəxəssislərlə təmin etmək, digər tərəfdən çatışmayan qanunları qəbul etmək, mövcud olan qanunvericiliyin isə tətbiqini gücləndirməkdir".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar