Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bağdadini Türkiyə sərhədinin “çox yaxınlığında” öldürüblər -Foto

Bağdadinin ABŞ xüsusi təyinatlıları tərəfindən məhv edilməsinin təfərrüatları məlum olub...

İŞİD terror təşkilatının lideri, yüz minlərlə insanın ölümündə məsuliyyət daşıyan Əbu Bəkr əl-Bağdadinin ABŞ xüsusi təyinatlıları tərəfindən məhv edilməsinin təfərrüatları məlum olub.

pia.az virtualaz.org-a istinadən bildirir ki, əməliyyat İdlib əyalətinin Türkiyə sərhədinə "çox yaxın" Barişa adlı kəndində keçirilib.

"Anadolu" agentliyi bölgədən aldığı məlumatlara əsasən bildirir ki, əməliyyat ötən gecə keçirilib və 4 saat davam edib. Əməliyyatda ABŞ ordusunun 8 vertolyotu və 2 pilotsuz təyyarəsi istifadə edilib.

Məlumata görə, əməliyyatın həyata keçirildiyi ərazi Türkiyə sərhədinin çox yaxınlığında, suriyalı qaçqınların yerləşdirildiyi Tourlaha düşərgəsinin bir neçə kilometrliyində yerləşir. Əməliyyat gecə yarısı, saat 00.00 radələrində başlayıb. Əvvəlcə bölgəyə 8 ABŞ vertolyotu və 2 pilotsuz təyyarəsi gəlib, onlar havadan Barişa kəndi ətrafındakı hədəfi bir saat yarım ərzində intensiv atəşə məruz qoyublar.

Vertolyotlara yerdə Bağdadini qoruyan İŞİD yaraqlıları iriçaplı pulemyotlarla cavab atəşi açıblar. Lakin ABŞ vertolyotları 1.5 saata yaxın davam edən intensiv atəşdən sonra bölgədən ayrılıb. Yarım saat sonra vertolyotlar yenidən geri qayıdıb və hədəfi vurmaqda davam edib. Paralel olaraq vertolyotlardan ABŞ xüsusi təyinatlıları yerə endirilib.

Döyüşün ikinci mərhələsi 2.55 saata yaxın davam edib. Cəmi 4 saatdan çox çəkən əməliyyatın ardınca vertolyotlar bölgədən uzaqlaşıb. Bölgəyə gedən tibb işçiləri əməliyyatın keçirildiyi yerdə tamamilə yerlə bir edilmiş ev və bir neçə yanmış çadır gördüklərini "Anadolu" agentliyinin müxbirinə bildiriblər.

Tibb işçiləri hadisə yerində 3 kişinin, 3 qadının və 1 uşağın cəsədinə rast gəliblər, 5 yaralıya ilkin tibbi yardım göstərilib. Türkiyənin Müdafiə Nazirliyindəki mənbə əməliyyatdan əvvəl ABŞ tərəfinin onları "məlumatlandırdığını" bildirib.

İnternetdə əl-Bağdadinin öldürüldüyü yerdən çəkilmiş kadrlar da yayılıb. Türkiyəli jurnalist Recec Soylunun yaydığı kadrlarda tamamilə darmadağın edilmiş tikili, raket zərbəsi nəticəsində yaranmış dərin çala və metal hissələr görünür.

İraq kəşfiyyatındakı mənbə də əl-Bağdadinin məhv edildiyini təsdiqləyib. Kəşfiyyatdakı yüksək rütbəli mənbə bildirib ki, İŞİD başçısı əl-Bağdadi və qruplaşmanın iraqlı liderləri Suriyanın şimalında öldürülüb. Mənbə İraqın bu əməliyyatda mühüm rol oynadığını bildirib. "Reuters" agentliyi də Suriyadakı mənbələrin İŞİD başçısının öldürüldüyünü təsdiqlədiyini xəbər verir.

Amerikanın NBC telekanalı əməliyyatda vertolyotlar və pilotsuz təyyarələrlə yanaşı döyüş təyyarələrinin də istifadə edildiyini bildirir. Məlumata görə əl-Bağdadinin olduğu nəqliyyat vasitəsi əvvəlcə havadan vurulub, daha sonra əməliyyat zonasına xüsusi təyinatlılar endirilib. Digər versiyaya görə əl-Bağdadi çıxış yolunun olmadığını görərək üzərindəki "şəhid kəməri" ilə özünü və iki arvadını partladıb.

Xatırladaq ki, yaxın saatlarda ABŞ prezidenti Donald Trampın əl-Bağdadinin öldürülməsi əməliyyatı ilə bağlı xüsusi bəyanatla çıxış edəcəyi gözlənilir.

pia.az


Etiket: Bağdadi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar