Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qoşulmama Hərəkatının XVIII Bakı Zirvə Görüşü başa çatdı

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşü başa çatıb...

Görüşün yekununda çıxış edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, görüşün sonunda Yekun sənəd, Bakı Siyasi Bəyannaməsi, Ev sahibliyi dövlətə təşəkkür və Fələstin üzrə sənədlər qəbul edilib.

E.Məmmədyarov deyib ki, Azərbaycan 2019-cu ildən 2022-ci ilə qədər Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürür:

Azərbaycana etimad göstərdiyiniz üçün hamınınıza təşəkkür edirəm. Ümid edirik ki, biz çoxtərəfli əməkdaşlığı inkişaf etdirəcəyik. Azərbaycan artıq donor ölkəyə çevrilib. Azərbaycan Qoşulmama Hərəkatının üzvü olan müxtəlif ölkələrə yardımlar ayırır və bu yardımlar davam edəcək. Qəbul edilən sənədlər göstərir ki, Qoşulmama Hərəkatı yenə də qlobal problemlərin həllinə öz töhfəsini verəcək. Azərbaycanın da prioritetləri Bandunq prinsipləri olacaq. Əsas məqsədimiz Qoşulmama Hərəkatına inamı artırmaq və bu qurumun rolunu artırmaq olacaq ”.

Xarici işlər naziri qeyd edib ki, 25 ildən çoxdur ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsindən əziyyət çəkir:

Azərbaycan son 25 ildə böyük iqtisadi və sosial nailiyyətlər əldə edib. Azərbaycanın təşəbbüskarı olduğu enerji layihələri dünyada sülhə və təhlükəsizliyə töhfə verir. Biz sədrliyimiz dövründə iqtisadi inkişafa da önəm verəcəyik. Azərbaycan sədrliyi dövründə digər beynəlxalq təşkilatlarla da dialoqun inkişafına önəm verəcək. Mədəniyyətlərarası və svilizasiyalararası dialoqu təşviq edəcəyik. Biz hər kəsə bu Zirvə Görüşündə iştirakınıza görə təşəkkürümüzü bildiririk”.(trend)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar