Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir Avropa Olimpiya Komitələri 48-ci Baş Assambleyasında çıxış edib

Polşanın Varşava şəhərində rəsmi səfərdə olan Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimov Avropa Olimpiya Komitələrinin 48-ci Baş Assambleyasında çıxış edib...

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Avropa Olimpiya Komitəsinin prezidenti Yanez Kociançiçin də qatıldığı tədbirdə nazir Azad Rəhimov çıxışı zamanı bir neçə mühüm məsələyə toxunub.

İlk olaraq iyul ayında Bakıda gerçəkləşdirilmiş 15-ci Avropa Olimpiya Gənclər Festivalı haqqında danışan nazir, Bakının bu yarışa hazırlığı , görülmüş işlər, təşkilati məsələlər və ümumilikdə bir sıra istiqamətlər haqqında məlumat verib. Azad Rəhimov vurğulayıb: “Avropanın 48 ölkəsindən 2613 ən yaxşı idmançının qatıldığı bu yarış, 26 ölkədən 346 jurnalist tərəfindən işıqlandırıldı. 763 yerli və beynəlxalq texniki heyət oyunların həyata keçirilməsinə cəlb olundu.12 idman arenası yarışların keçirilməsi üçün bütün standartlara cavab verirdi. 500 Azərbaycanlı peşəkar bu oyunların araya-ərsəyə gəlməsində müstəsna rol oynadı.”

Daha sonra ölkəmizin idman siyasətindən, bu istiqamətdə atılan addımlarldan söz açan nazir Azad Rəhimov, ölkəmizdə ötən illər ərzində uğurla həyata keçrilmiş idman yarışları, bu yarışlara olan tamaşaçı marağı, idman arenalarının fəaliyyəti, idman siyasəti və digər mühüm məsələlər barədə də söz açıb.

Könüllük hərəkatının da Azərbaycanda çox geniş vüsət aldığını diqqətə çatdıran nazir, hal hazırda tək idman yarışlarında deyil, digər tədbirlərdə də könüllülərin aparıcı qüvvə olduğunu söyləyib. Nazir bildirib ki, Avropa Olimpiya Gənclər Festivalında 2500 könüllünün iştirakı nəzərdə tutulsa da, bu rəqəm artaraq 3500 olmuşdur.

Səfəri çərçivəsində nazir Azad Rəhimov BOK, AOK və digər mötəbər qurumların rəhbər şəxsləri ilə də görüşlər keçirib.

pia.az


Etiket: Azad Rəhimov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar