Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"150 saat bitəndə sərhədimiz terrorçulardan təmizlənməsə, biz təmizləyəcəyik"

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib...

"Sərhədlərimizdə tarixi hadisələr yaşanır. Sərhədlərimizdən ölkəmizə gələn terror təhlükəsizini yox etməyə çalışırıq. Suriyadan ölkəmizə yönələn PKK, YPG və İŞİD hücumlarının qarşısını almaq məqsədilə təhlükəsiz bölgə yaratmaq üçün lazımı addımlar atırıq. Böyük ölçüdə hədəfimizə çatmışıq. 150 saat bitəndə sərhədimiz terrorçulardan təmizlənməsə, bu işi biz görəcəyik, buranı terrorçulardan təmizləyəcəyik".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, ABŞ 120 saatın sonunda bölgənin YPG-dən təmizləndiyinə dair onlara yazılı məlumat versə də, təmizləyə bilməyiblər: "ABŞ "Bölgəni YPG-dən təmizlədik" dedi, amma təmizləməyiblər. İndi də Rusiya ilə razılıq əldə etmişik. Türkiyə terrorçuları əzib, məhv etmək gücündədir".

Ərdoğan ABŞ və Qərbin ünvanına tənqidləri davam etdirib: "Bunlar həm də yalançıdırlar, dürüst deyillər. Avropa İttifaqı suriyalı qaçqınlara maliyyə yardımı edəcəyini dedi, amma etmədi. Biz isə artıq 40 milyard avro xərcləmişik. Bizə "layihələrinizə baxacağıq" deyirlər. Nə layihəsi? Biz işi bitirmişik. Onlarınkı ancaq yalandı, doğru danışmırlar. Tel Abyad və Rəsulayn arasında qaçqınların yaşaya biləcəyi hər cür şəraitli evlər tikib, dünyaya göstərəcəyik. Qaçqınları geri qaytara bilməsək, Avropaya qapıları açmaq məcburiyyətindəyik".

Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri Ərdoğan və Vladimir Putin arasında oktyabrın 22-də Soçidə keçirilən görüşdə Suriyanın Türkiyə ilə həmsərhəd zonasında 340 km uzunluğunda 30 km dərinliyində ərazinin PKK/YPG terrorçularından təmizlənməsi barədə razılıq əldə olunub. Bunun üçün 150 saat vaxt verilib.(APA)

pia.az


Etiket: Ərdoğan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar