Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bağdadda nümayişçilərlə polis arasında toqquşma olub, ölənlər var

Bağdadın mərkəzində minlərlə nümayişçini dağıtmaq üçün polis odlu silah tətbiq edib və etirazçılara qarşı bibər qazından istifadə olunub

Hələ ötən gecə paytaxt küçələrində yerləşdirilən polis və təhlükəsizlik qüvvələrinin bölmələri tərəfindən xüsusi mühafizə olunan, hökumət binaları və ABŞ səfirliyinin yerləşdiyi “Yaşıl bölgə”yə keçməyə çalışan nümayişçilərə atəş açılması nəticəsində yerli İnsan Hüquqları Komissiyasına görə azı 2 nəfərin ölüb, 100-dək yaralanıb.

Ölkənin din xadimi ayətullah-üzma Əli Sistani Kərbəladakı cümə namazı zamanı etirazçıları, təhlükəsizlik qüvvələrini nümayişlərin dinc keçirilməsini təmin etməyə çağıraraq yalnız belə olarsa, gerçək islahatların mümkün olacağını diqqətə çatdırıb.

Xatırladaq ki, bu ayın əvvəlindən İraqın müxtəlif şəhərlərində sosial xidmətlərin yarıtmaz fəaliyyətinə, yoxsulluğa, işsizliyə və korrupsiyaya qarşı keçirilən kütləvi nümayişlər zamanı təhlükəsizlik qüvvələri tərəfindən əliyalın insanlara qarşı atəş açılıb. Bu cür ifrat sərt tədbirlərə əl atması hökumətə qarşı yönəlib. Bütövlükdə etirazlar başlayandan 149 nümayişçi və 8 nəfər təhlükəsizlik əməkdaşının öldüyü, 3 mindən çox yaralanıb.(Report)

pia.az


Etiket: Bağdad Atışma

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar