Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pentaqon narahatdır: ABŞ-Türkiyə münsibətləri yenidən gərginləşir?

Türkiyənin Rusiya ilə razılaşmasından sonra ABŞ-Türkiyə münasibətləri yenidən kritik vəziyyətə girir…

Politoloq: “Türkiyə-Rusiya razılaşmasına ABŞ-ın etirazı gözlənilən idi”.

“Ən azı Ərdoğanla Trampın görüşünə qədər bu iki dövlət arasında mənfiyə doğru ciddi proseslərin gedəcəyini düşünmürəm”.

Bu sözləri politoloq Əhəd Məmmədli Birləşmiş Ştatların müdafiə naziri Mark Esperin Rusiya-Türkiyə razılaşmasından sonra Ankaranın “səhv istiqamətə doğru getdiyi” fikrini PİA.az-a şərh edərkən qeyd edib.

Qeyd edək ki, Birləşmiş Ştatların müdafiə naziri Mark Esper Türkiyənin Suriyanın şimal-şərqindəki kürdlərə qarşı hücumunun “əsassız” olduğunu və Ankaranın “təhlükəsiz bölgə”nin patrul məsələsinin Rusiya ilə razılaşmasını tənqid edib və Ankaranın “səhv istiqamətə doğru getdiyini” deyib.

“Türkiyə bizi çox pis vəziyyətə saldı” deyə, Esper Brüsseldə keçiriləcək NATO toplantısından əvvəl Vaşinqtonda qərargahlanan Alman Marşall Fondunda danışarkən bildirib.

Xatırladaq ki, Türkiyə Suriyanın şimalındakı kürd qüvvələrini çıxarmaq üçün bölgəyə hücum etdikdən sonra Birləşmiş Ştatlar bölgədə atəşkəs əldə edilməsinə yardım etdi. Tramp ABŞ-ın vasitəçiliyi ilə atəşkəsi “böyük bir nəticə” olaraq alqışladığı vaxt isə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir gün əvvəl Rusiya ilə ayrı bir razılaşma əldə etdiyini elan etdi.

Belə ki, Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə Ərdoğan arasında əldə edilən razılıq kürd qüvvələrinin Suriya-Türkiyə sərhədi boyunca geri çəkilməsi və Türkiyə ilə Rusiya qüvvələrinin həmin bölgərə birlikdə patrul xidmətinin həyata keçirməsini əhatə edir.

Türkiyənin Rusiya ilə razılaşmasından sonra verilən bu açıqlamaya görə demək olarmı ki, ABŞ-la Türkiyənin münasibətləri yenidən kritik vəziyyətdə olacaq?

Mövunu PİA.az-ın əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli ilə müzakirə edib.

Əhəd Məmmədli: “ABŞ Türkiyə-Rusiya yaxınlaşmasına görə heç kəsi deyil, özünü günahlandırmalıdır”.

Yəhudi lobbisinin ABŞ-da çox güclü olduğunu xatırladan politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, İsrail Türkiyənin güclənməsindən çox ehtiyatlanır. Ona görə də yahudi lobbisi əlindən gələni edir ki, Türkiyə ilə, ABŞ-ı toqquşdursun:

“Türkiyə-Rusiya razılaşmasına ABŞ-ın etirazı gözlənilən idi. Birləşmiş Ştatların müdafiə naziri Mark Esperin Türkiyə-Rusiya sazişi ilə bağlı məlum açıqlamasında gözlənilməz heçnə yoxdur. Amma ABŞ Türkiyə-Rusiya yaxınlaşmasına görə heç kəsi deyil, özünü günahlandırmalıdır. ABŞ müttəfiqi Türkiyə ilə münasibətlərdə təəssüf ki, eyni səhvləri təkrarlamaqdadır. Fikrimcə burada yəhudi lobbisinin əli var.

Bildiyiniz kimi yəhudi lobbisi ABŞ-da çox güclüdür. İsrail Türkiyənin güclənməsindən çox ehtiyatlanır. Ona görə də yahudi lobbisi əlindən gələni edir ki, Türkiyə ilə, ABŞ-ı toqquşdursun.

Hələlik ABŞ-la Türkiyənin münasibətləri kritik vəziyyətdə olmadığını düşünürəm və hesab edirəm ki, olmayacaqda. Ələxsusda PKK-lı terrorçulara görə ABŞ Türkiyə ilə arasını vuran deyil. Ən azı Ərdoğanla Trampın görüşünə qədər bu iki dövlət arasında mənfiyə doğru ciddi proseslərin gedəcəyini düşünmürəm.

Həmçinin indiki halda yeni qarşıdurma nə ABŞ, nə də Türkiyənin maraqlarına cavab vermir. Həm də ABŞ-ın əsl sahibləri anqlo-saks elitasıda imkan verməzlər ki , Türkiyəni itirsinlər. Balansların dəyişən dönəmində anqlo-saks dünyası üçün Türkiyə lazımdır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar