Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabah Bakının mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah Bakının mərkəzindəki bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi idarəsinin şöbə rəisi Vaqif Əsədov məlumat verib.

O bildirib ki, Bakı şəhərində “Qoşulmama Hərəkatı”na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi ilə əlaqədar 25 oktyabr saat 08:30-dan “Heydər Əliyev Mərkəzi”, “Bakı Konqres Mərkəzi”, “Hyatt Regency” oteli istiqamətinə doğru kəsişən, bitişən küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək və xüsusilə paytaxtın Nərimanov rayonu ərazisindəki Xətai və Təbriz küçələri istiqamətində, Həsənoğlu və Qədirbəyov küçələri kəsişməsində avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

V.Əsədov, həmçinin bildirib ki, Bakı-Salyan yolunun 14-cü kilometrindən, yəni Lökbatan dairəsindən mərkəzə doğru hərəkət edən avtomobil sürücüləri kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə hərəkət etmələri nəzərdə tutulub: “Bir daha sürücülərin nəzərinə çatdırırıq ki, keçirilən tədbirlə əlaqəli paytaxtın Azneft dairəsi, Niyazi küçəsi, Neftçilər prospekti, R.Rza, Bakıxanov, Y.Səfərov, K.Rəhimov, Ü.Hacıbəyov, Z.Əliyeva küçələri, İnşaatçılar, N.Nərimanov prospektləri, 10-cu zavod dairəsi, Heydər Əliyev prospekti, M.Hüseyn və T.Elçin küçələrinə bitişən və kəsişən digər küçələrdən sürücülər mümkün qədər avtomobillərdən istifadə etməsinlər”.

pia.az


Etiket: nəqliyyat

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar