Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran özünə yeni ərəb müttəfiq qazanır

BƏƏ ABŞ-ın qəzəbindən qorxmadan Tehranla münasibətləri düzəldir...

News.ru
(Rusiya)

Bir neçə gün əvvəl Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın Dubay və Əbu-Dabi banklarındakı dondurulmuş aktivlərinin bir hissəsini (700 milyon dollar) azad etdi. İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi BƏƏ-nin bu addımını yüksək qiymətləndirərək bildirdi ki, İran yaxın qonşuları ilə hər zaman danışıqlara hazırdır.

Ümumiyyətlə, son vaxtlar Əbu-Dabi tərəfdaşı Birləşmiş Ştatların mövqeyinə zidd olaraq İran rəhbərliyi ilə münasibətləri düzəltməyə hazır olduğunu nümayiş etdirir. BƏƏ-nin hazırda Səudiyyə və ABŞ-la məsafə saxladığını İran parlamentinin üzvü Əkbər Torki də təsdiqləyib. Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri İranla münasibətlərinə yenidən baxmağa cəhd göstərir.

Müşahidəçilərin fikrincə, iki ölkə arasında maliyyə münasibətləri son zamanlar həqiqətən yaxşılaşıb. Hətta Dubaydakı İran mübadilə məntəqələri də öz fəaliyyətlərini bərpa ediblər. Əmirliklər başa düşüblər ki, silahlı eskalasiya vəziyyətində təhlükəsizliklərini təmin etməyə nə Qərb paytaxtları, nə də Ər-Riyad kömək edəcək.

Birləşmiş Ərəb Əmirlikləri özünü Yaxın Şərqin İsveçrəsi kimi təqdim edir. Lakin deputat deyir ki, BƏƏ-də ticarət, bankçılıq, enerji və aviasiya ilk növbədə təhlükəsizlikdən asılıdır:“Başa düşürlər ki, təhlükəsizlik problemləri davam edərsə, heç nə edə bilməzlər”.

İran Prezident Administrasiyasına yaxın olan İSNA informasiya agentliyində dərc olunan yazıda qeyd olunur ki, son vaxtlar Səudiyyə Ərəbistanı kimi, BƏƏ də hərbidən tutmuş, siyasətə qədər bir çox sahədə İranla münasibətlərdə gərginliyi azaltmağa çalışır.

Müşahidəçilərin qənaətinə görə, Əbu-Dabi-Tehran münasibətlərdə problemlər BƏƏ-nin Yəməndə ərəb koalisiyasına qoşulmasından sonra ortaya çıxmışdı. İyul ayında İranın BƏƏ-nin ərazi sularında dörd neft tankerinə hücum etməsi ilə bağlı iddialardan sonra ciddi qarşıdurma riski yaranmışdı.

İranın İordaniyadakı keçmiş səfiri Nasrolla Tacik bildirib ki, BƏƏ-nin İranla münasibətləri düzəltmək səbəblərindən biri də ABŞ administrasiyasının Fars körfəzində təhlükəsizliyi təmin etməkdən imtinasıdır.

Bu yaxınlarda BƏƏ rəhbərliyinin milli təhlükəsizlik üzrə köməkçisi Təhnun bin Zaid Əl Nahayyan Tehrana gizli missiya ilə səfər etmişdi. “Middle East Eye” portalına danışan etibarlı mənbələr iddia etmişdilər ki, bu ziyarət iki ölkə arasında münasibətləri yenidən qurmağa hesablanıb.

BƏƏ-nin yüksək səviyyəli yetkilisinin İrana səfəri ikitərəfli təmasların intensivliyinin göstəricisi idi. Belə ki, bir müddət əvvəl Tehrana Əmirliklərin Hərbi Dəniz Qüvvələrinin zabitləri də gəlmiş və iranlı həmkarları ilə görüşmüşdülər.

Mövzu gəmi daşımalarının təhlükəsizliyi olsa da, müşahidəçilər Təhnun Nahayyanın səfərini Səudiyyə Ərəbistanının İranla münasibətləri yaxşılaşdırmaq niyyəti ilə əlaqələndirdilər. Ekspertlər etiraf edirlər ki, Səudiyyə hakimiyyəti köhnə regional düşməni ilə birbaşa diplomatik kanallar aça bilmir.

Bundan əvvəl İraq da Səudiyyə Ərəbistanı ilə İran arasında vasitəçi rolunu üzərinə götürməyə hazır olduğunu bildirmişdi. Bu təkliflə İraqın baş naziri çıxış etmişdi. Vasitəçilərdən biri kimi Pakistanın da adı çəkilirdi.

İranlı müşahidəçilər hesab edirlər ki, Əmirliklərin öz siyasətini dəyişməsinə Yəməndə uzanan silahlı qarşıdurma nəticəsində ərəb monarxiyasının onlara yaşatdığı maddi və nüfuz itkiləri səbəb olub. Kütləvi humanitar böhrana səbəb olan bu toqquşmada BƏƏ və Səudiyyə Ərəbistanı böyük rol oynadı. İran da münaqişənin dolayı iştirakçısı hesab olunur.

Demək olmaz ki, İrana münasibətdə dəyişiklik Ərəbistan yarımadasının bütün ölkələri keçərli mövqedir. Məsələn, Bəhreynin Xarici işlər naziri Xalid bin Əhməd əl-Xəlifə bu yaxınlarda İran İslam Respublikası rəhbərliyinə silah və partlayıcı maddə qaçaqmalçılığı ittihamları irəli sürdü. Bəhreyn diplomatiyasının rəhbəri ona da diqqət çəkdi ki, bu yük çox vaxt krallıq ərazisinə düşür. Bu da təhlükəsizlik sahəsində vəziyyəti gərginləşdirir.

BƏƏ-nin İranda işgüzar fəaliyyətinin bərpasının İslam Respublikasındakı iqtisadi vəziyyətə kömək edib-etmədiyi barədə hələlik nəsə demək çətindir. Lakin anlamaq lazımdır ki, heç kim İrana müqavimət göstərməyə hazır görünmür. Hətta seçki kampaniyası İran əleyhinə bəyanatlarla dolu olan Tramp administrasiyası da…

Tərcümə: Strateq.az

pia.az


Etiket: BƏƏ İran

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar