"Barselona"nın futbolçusu Lionel Messi növbəti rekorda imza atıb...
PİA.az qol.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu Çempionlar Liqasında dünən keçirilən "Slaviya" ilə matçda qol vuraraq turnirin qrup mərhələsində son 15 mövsümdə fərqlənən ilk futbolçu olub.
Messi ÇL-dəki ilk qoluna 2015/2016 mövsümündə "Panatinaikos"la matçda imza atıb.
Qeyd edək ki, "Slaviya" - "Barselona" görüşü Kataloniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
pia.az