Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni İqtisadiyyat Naziri Mikayıl Cabbarov haqda bilmədiklərimiz

43 yaşlı nazir haqda maraqlı məlumatlar...

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin fərmanı ilə Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.Hazırda yeni strukturu ilə İqtisadiyyat Nazirliyini Azərbaycanda ən böyük nazirlik hesab etmək mümkündür.
Prezidentin sərəncamı ilə isə Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin olunub. 43 yaşlı nazirlə bağlı maraqlı məlumatları oxuculara təqdim edirik:

Cabbarov Mikayıl Çingiz oğlu 1976-cı il sentyabrın 19-da Bakıda anadan olub. Evlidir və 2 övlad atası olan M. Cabbarov Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb. Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

Əmək fəaliyyəti

M. Cabbarov 1995-ci ildə bank sektorunda əmək fəaliyyətinə başlayıb. 1999-2002-ci illər - özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib. 2002-2003-cü illər - İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri vəzifəsində çalışıb.

2003-2004-cü illər - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb.

2004-cü ildə Prezidentin Sərəncamı ilə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilib. Həmin vəzifədə işlədiyi dövrdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq, xarici iqtisadi əlaqələr, xarici investisiya siyasəti, beynəlxalq arbitrajlarda hüquqi məsələlər və korporativ idarəetmə kimi fəaliyyətlərin əlaqələndirilməsini həyata keçirib.

2009-cu ildə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

19 aprel 2013-cü ildə təhsil naziri vəzifəsinə təyin edilib. 2017-ci il 5 dekabr tarixində vergilər naziri vəzifəsinə təyin edilib. Prezidentin Sərəncamı ilə 3-cü dərəcəli, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

İctimai fəaliyyəti

1994-1997-ci illərdə "Atəşgah İntellektual Oyunlar Klubu"nun prezidenti olub. 1996-1997-ci illər - Azərbaycan Gənclər Təşkilatları Forumunun sədr müavini olub. 1996-1997-ci illər - "Breyn-Rinq" oyunlarının Müstəqil Dövlətlər Birliyinin mütləq çempionu olub.

1997-ci il - Moskvada təşkil edilmiş "Nə? Harada? Nə zaman?" oyununda iştirak edən ilk azərbaycanlı bilicidir. "Nə? Harada? Nə zaman?" Bakı Televiziya Klubunun təcrübəli üzvüdür. Beşillik oyunların qalibidir.

2002-ci il - "Breyn rinq" üzrə dünya və "Nə? Harada? Nə zaman?" oyunu üzrə Azərbaycan çempionu olub.

2015-ci ildə Azərbaycan Badminton Federasiyasının, 2017-ci ildə Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində fəaliyyəti

2009-cu il iyun ayında Mədəni və təbii irsin mühafizəsi üzrə hökumətlərarası komitənin 33-cü sessiyasının qərarına əsasən, İçərişəhər kompleksi UNESCO-nun Təhlükə altında olan abidələr Siyahısından çıxarılıb.

2010-cu il 10 fevralda Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq-muzeyi İdarənin strukturuna daxil edilib.

2010-cu il 8 noyabr – Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan”ı təsdiq edilib.

2010-2012-ci illər – Ölkə və dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası işləri həyata keçirilib:

- Orta əsrlər abidəsi olan Kiçik Karvansarayda bərpa-konservasiya işləri aparılıb;

- Dünya əhəmiyyətli memarlıq abidəsi olan "Məhəmməd məscidi" tam bərpa edilib;

- "Bazar Meydanı"nda (Sıratağlı dini-memarlıq kompleksi) təmir-bərpa işləri aparılıb;

- Qala divarının böyük hissəsi bərpa edilib və ətrafı abadlaşdırılıb. XX əsrin əvvəllərində uçurulmuş 15-ci bürc yeri dəqiq müəyyən edilərək rekonstruksiya edilib.

Təhsil Nazirliyində fəaliyyəti

Məktəbəqədər və ümumi təhsil

2013-2017-ci illər - Beynəlxalq olimpiadalardan məktəblilər 3 qızıl, 21 gümüş, 85 bürünc olmaqla 109 medal qazanıb.

2013-2017-ci illər – Bakı şəhərində birinci siniflərə qəbul prosesi tam elektronlaşdırılıb.

2014-cü il - Məktəbyaşlı uşaqların inkişafı, maarifləndirilməsi, təhsili və sağlamlığının qorunması kimi mühüm vəzifələrin həlli məqsədi ilə "Sağlam təhsil-sağlam millət" layihəsinə start verilib.

2014-2017-ci illər - Ölkə üzrə ümumilikdə 140.000-dək müəllim diaqnostik qiymətləndirmədən keçib.

2015-ci il - Respublika fənn olimpiadalarının keçirilməsində yeni şəffaf qaydalar tətbiq olunub.

2016-cı il - Təhsil NazirliyiAzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təhsilin idarəedilməsinin təkmilləşdirilməsi, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədilə "Məktəblinin dostu" pilot layihəsinə başlanılıb.

2016-cı il - Beynəlxalq PIRLS qiymətləndirilməsində nəticələr 462-dən 472 bala yüksəlib, "Mükəmməl" və "Yüksək" kateqoriyada olan şagirdlərin sayı 2 dəfə artıb.

2016-2017-ci illər - Modul tipli məktəblərin inşası genişləndirilib. 2017-ci ildə respublikanın 40 rayonunda təqribən 5.000 şagirdi əhatə edən modul tipli 100 məktəb binası inşa olunub.

2016-2017-ci illər - Ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında 5 yaşlı uşaqların dövlət büdcəsi hesabına məktəbəhazırlıq təhsilinə başlanılıb.

Peşə təhsili

2016-cı il 20 aprel - Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb.

2016-cı il - 9 nömrəli Bakı Peşə Liseyinin bazasında STEP IT Akademiyası yaradılıb.

2017-ci il - "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin icrasına başlanılıb.

2017-ci il 16 oktyabr - Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib.

Ali təhsil

2014-cü il - Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə UFAZ-Fransa-Azərbaycan Universiteti təsis edilib.

2014-2015-ci illər - 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində SABAH qrupları yaradılıb.

2015-ci il - İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı fəaliyyətə başlayıb.

2015-ci il - Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələri tərəfindən “Maarifçi" Tələbə Kredit Fondu təsis edilib. Fondun missiyası aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.

2015-ci il 14 dekabr - Azərbaycan Tələbə Könüllülərinin I Forumu keçirilib.

2016-cı il - Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrinin birindən digərinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə https://transfer.edu.az/ xüsusi elektron sistemi istifadəyə verilib.

Vergilər Nazirliyində fəaliyyəti

2018 – ci il 17 aprel – "Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək" adlı Tvinninq layihəsinin icrasına başlanılıb.

2018 – ci il 2 may – Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradılıb.

2018-ci il 29 iyun - Vergilər Nazirliyində funksional idarəetmənin səmərəliliyinin artırılması, vergi ödəmələri və vergi orqanlarının fəaliyyəti üzərində nəzarətin gücləndirilməsi məqsədilə nazirliyin strukturunda dəyişikliklər həyata keçirilib.

2018-ci il 20 dekabr – Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanun və bu Qanunun tətbiqinə dair Fərman imzalanıb.

2018-ci ildə vergi sistemində idarəetmə prinsiplərinin yenidən təşkili və vergi inzibatçılığının təkmilləşdirilməsi, şəffaflığın təmin edilməsi, vergiödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi ilə bağlı əhatəli tədbirlər həyata keçirilib.

2019 – cu il yanvarın 1-dən Vergi Məcəlləsinə 5 əsas istiqaməti (sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və «kölgə iqtisadiyyatı»nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni veriləcək vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi) əhatə edən dəyişikliklər qüvvəyə minib.

2019 – cu il 1 yanvar – Hüquqi şəxslərin dövlət qeydiyyatının cəmi 1 prosedurla 20 dəqiqə ərzində həyata keçirilməsinə başlanılıb.

2019 – cu il 23 fevral – Vətəndaşların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məlumatın alınması üçün yeni elektron xidmət istifadəyə verilib.

2019 – cu il 3 may – Azərbaycanda Vergi Ombudsmanı institutu fəaliyyətə başlayıb.

2019 – cu il – Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqinə başlanıb.

2019 – cu ilin 5 ayında aksizli məhsulların istehsal həcmi və gəlirlərinin bəyan edilməsi sahəsində şəffaflaşma müşahidə olunub.

2019 – cu il 19 iyul – Kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı pilot layihəyə start verilib.

2019 – cu il – Elektron qaimə-fakturalarla rəsmiləşdirilən dövriyyələrin xüsusi çəkisində 2018-ci ilin ilk 5 ayı ilə müqayisədə 2019-cu ilin ilk 5 ayı ərzində ciddi artım müşahidə olunub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar