Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qoşulmama Hərəkatının fəal iştirakçısı olmaq diplomatiyamızın tarixi nailiyyətidir

Bunu siyasi ekspert Aydın Quliyev deyib...

"Ötən əsrin 90-cı illərinin ortalarında Azərbaycanın heç bir beynəlxalq təşkilatla inteqrasiyasının tələblərə qəti cavab vermədiyini və bunun nə qədər çətinliklər yaratdığını nəzərə alsaq, bu gün çoxsaylı beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurması həqiqətən də Azərbaycanın böyük tarixi nailiyyətidir".

PİA.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Qoşulmama Hərəkatına qoşulmaq Azərbaycan diplomatiyasının zəruri və cəsarətli qərarlarından biri sayılmalıdır:

"Azərbaycan bu hərəkata 2011-ci ildə qoşulsa da, hələ 90-cı illərin ortalarından ümummilli lider Heydər Əliyevin həyata keçirməyə başladığı xarici siyasət platforması ölkəmizi bu hərəkata gündən-günə yaxınlaşdırırdı. Azərbaycanın Qoşulmama Hərəkatına rəsmi üzvlüyü bu mənada Heydər Əliyevin başlatdığı prosesin məntiqi nəticəsidir və Prezident İlham Əliyevin də xarici siyasət sahəsində varislik prinsipinə nə qədər ardıcıl yanaşdığını bir daha sübut etdi. Azərbaycan bu platformada iştirak etməklə həm dünyanın 120 ölkəsinin iştirak etdiyi mütərəqqi proseslərə öz töhfəsini verir, həm də özünün məqsəd və vəzifələrinin həlli üçün daha münasib beynəlxalq şəraitin yaradılmasına nail olur. Hərəkatın fəal iştirakçısı olmaq diplomatiyamızın tarixi nailiyyətidir. 120 dövlətin və 10 beynəlxalq təşkilatın təmsil olunduğu bu platforma dünya əhalisinin, iqtisadi və enerji resurslarının mütləq çoxluğuna sahibdir".

A.Quliyevin fikrincə, saysız arqumentlər sübut edir ki, Azərbaycanın bu təşkilatda fəaliyyətini müxtəlif mülahizələrlə ləngitməyə, qaralamağa yönəlmiş istənilən fikir və hərəkətlər Azərbaycanın dövlət və ictimai maraqlarına qəti uyğun deyil: "Azərbaycanın üçillik sədrliyinin Hərəkatın öz tarixində və ölkəmizin inkişafında mühüm rol oynayacağına heç bir şübhə yoxdur. Cəmi 8 illik üzvlükdən sonra sədrliyin Azərbaycana etibar edilməsi və zirvə görüşünün Bakıda keçirilməsi Azərbaycana böyük etimaddır, Azərbaycanın potensial və real imkanlarına güvənməkdir, eyni zamanda, ölkəmizin beynəlxalq sülh və təhlükəsizlik məqsədlərinə verdiyi töhfələrin obyektiv qiymətləndirilməsinin bariz təzahürüdür. Azərbaycanın beynəlxalq təşkilatlarda fəaliyyətinin mühüm fərqləndirici əlamətləri sırasında həmin təşkilatı daha da gücləndirmək və onun başqa beynəlxalq təşkilatlarla əlaqələrini canlandırmaq kimi keyfiyyətlər var. Bu mənada, Azərbaycanın Avropa Şurası ilə İslam ölkələrini, əslində, Qərb və Şərq mədəniyyətlərini bir-birinə yaxınlaşdırması qlobal inteqrasiyanın ən mühüm nəticələrindən biri sayılır. Şübhə yoxdur ki, Azərbaycan üç il ərzində Hərəkata üzv ölkələrin digər kontinental-regional təşkilatlarla da əlaqələrinə təkan verəcək, maraqlı əməkdaşlıq və işbirliyi layihələrinin təşəbbüsü ilə çıxış edəcək. Sözün həqiqi mənasında Qoşulmama Hərəkatının keyfiyyətcə yeni məzmunlu Azərbaycan dövrü başlayır. Hərəkatın daxilində Azərbaycanın fəaliyyətləri və gətirdiyi yeniliklər başqa beynəlxalq təşkilatların da fəaliyyətlərinin səmərəsinin yüksəlməsinə öz təsirini göstərəcək".

Ekspert vurğulayıb ki, Qoşulmama Hərəkatı Qarabağ problemi kontekstində Azərbaycanın sahib olduğu tarixi, hüquqi və real həqiqətlərin daha geniş qüvvələr tərəfindən dəstəklənməsinə əlavə perspektivlər açmaq baxımından da əhəmiyyətlidir:

"Təqdirəlayiqdir ki, Qoşulmama Hərəkatındakı fəaliyyət Azərbaycanın üzv olduğu heç bir beynəlxalq və regional təşkilatlarla əməkdaşlığının səmərəsinə mənfi təsir göstərmir və mane olmur. Bu bir daha onu göstərir ki, Azərbaycanın xarici siyasəti bütün hallarda milli mənafelərin əsas götürüldüyü balansa söykənir, Azərbaycan öz milli mənafelərinin əsas olmadığı heç bir platformada balans axtarmır və bu cür platformalarda ümumiyyətlə ola bilməz".

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü oktyabrın 25-26-da Bakıda keçiriləcək. Oktyabrın 23-24-də isə təşkilata üzv ölkələrin Xarici İşlər nazirləri sammitə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılacaq.

Tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar