Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dini radikalizmə qarşı mübarizə yolları” araşdırılıb - Qaradağda

Qaradağ rayonunda “Dini radikalizmə qarşı mübarizə yolları” mövzusunda dəyirmi masa keçirilib...

PİA.az xəbər verir ki, oktyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakı şəhəri Qaradağ rayonunda “ Dini radikalizmə qarşı mübarizə yolları “ mövzusunda rayon ərazisində fəaliyyət göstərən din xadimləri arasında dəyirmi masa baş tutub.

Dəyirmi masada Qaradağ RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbənin əməkdaşı Bayram İsmayılov, Qafqaz Müsəlmanları İdarəsinin rayon üzrə səlahiyyətli nümayəndəsi Faiq Əhmədov və din xadimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qaradağ RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov insanlar arasında sağlam dini biliklərin formalaşmasında din xadimlərinin rolunun vacibliyindən bəhs edib.

Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir Anar Kazımov öz çıxışında insanları dini radikalizmdən, radikal dini qrupların təsirindən kənar saxlamaq üçün İslam dinini düzgün şəkildə, olduğu kimi təbliğ etməyin əhəmiyyətini vurğulayıb, dini radikalizmlə mübarizədə ənənəvi İslamın dayaqlarını möhkəmləndirmək, insanlar arasında milli-mənəvi dəyərlərə bağlılıq elementlərini artırmağın əhəmiyyətindən bəhs edib.

QMİ-nin səlahiyyətli nümayəndəsi Faiq Azərbaycan Respublikası ərazisində tarixən formalaşmış ənənəvi dini dəyərlərin hər zaman radikalizmlə əks qütbdə dayandığını, radikal ünsürlərə qarşı mübarizədə ciddi əhəmiyyətə malik olduğunu bildirib.

Tədbir müzakirələrlə davam etdirilib, icma sədrləri və din xadimləri fəaliyyətləri barədə qısa məlumat veriblər.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar