Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Soçi görüşü: Türkiyə diplomatik yollarla öz hədəfinə çatdı?..

Putinlə əldə olunan razılaşma bunu deməyə əsas verirmi ki, Türkiyənin YPG-yə qarşı başlatdığı əməliyyat diplomatik yollarla öz hədəfinə çatdı?..

Politoloq: “Soçidə Rusiya-Türkiyə prezidentlərinin görüşü nəticəsində imzalanan sənəd Türkiyənin böyük uğuru sayıla bilər”.

“Terrorçuların “təhlükəsizlik bölgə”dən təmizlənməsi ilə ABŞ-ın qoşunlarının böyük anlamda Suriyadan çıxarılması artıq Suriyada siyasi prosesin həll prossesinə daşınmasını daha da rahat edəcək”.

Bu sözləri politoloq Natiq Miri Türkiyə prezidenti Ərdoğanla Rusiya prezidenti Putinin Soçi görüşünün nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə görüşdü. Bu, Türkiyənin regional maraqlarının qorunması baxımından vacib görüş idi.

Türkiyə Suriya sərhəddinin 32 kilometr dərinliyini nəzarət altına almaq və bu bölgəni terrorçulardan təmizləmək üçün əvvəlcə Vaşinqtonla razılaşdı. Çünki, həmin bölgələrə PKK uzantıları amerikalı hərbçilərlə birgə nəzarət edirdilər. Türkiyə ordusu əməliyyata başladı. Ancaq amerikalı hərbçilər həmin bölgələri tərk etdikdən sonra PKK uzantıları YPG və PYD dərhal ağalarını dəyişdilər və qapılarını Rusiya hərbçilərinə və Əsəd qüvvələrinə açdılar. Başqa sözlə Amerika prezidenti Donald Tramp Suriyanın şimalını və PKK uzantılarını rusiyalı həmkarı Vladimir Putinə iadə etdi. Ona görə də bundan sonra Ankara artıq Moskva ilə danışmaq məcburiyyətində qaldı.

Ərdoğanın Putinlə görüşündə əldə olunan nəticələri Türkiyə üçün müsbət qiymətləndirmək olar. Əlbəttə, Türkiyə istəklərinin tamamını əldə etmədi, ancaq Suriyadakı maraqlarını qorumağı bacardı.

Birincisi, Ərdoğan “Sülh Çeşməsi” əməliyyatının hədəflərini Putinə detallı şəkildə izah edib. Ərdoğan bir daha Putin bildirib ki, Türkiyənin Suriyanı parçalamaq kimi planı yoxdur, tam əksinə qonşusunun ərazi bütövlüyünü dəstəkləyir. Ərdoğanla Putin arasındakı razılaşmaya görə, PKK uzantıları 150 saat ərzində Türkiyənin sərhəddindən 30 kilometr uzaqlaşdırılacaq. Türkiyə ilə Rusiya birgə patrul xidməti həyata keçirəcəklər. Hər iki tərəf Suriyada DAİŞ terrorçularını təqib edəcək.

İkincisi, Putin Türkiyənin Suriyadakı nəzarət etdiyi bölgələrdə infrastruktur çalışmalarının əleyhinə deyil. Yəni Türkiyə suryalı qaçqınları bu bölgələrə köçürə biləcək. Bu o deməkdir ki, Türkiyənin dəstəklədiyi Suriya Azadlıq Ordusu bu bölgədə varlığını sürdürə biləcək.

Üçüncüsü, Suriyanın Konstitusiyasını müəyyənləşdirəcək Komitə 29 oktyabrda toplanacaq. Bu komitənin tərkibi daha əvvəl Rusiya və Türkiyə arasında razılaşdırılmışdı. Komitənin tərkibində Əsəd rejiminin nümayəndələri ilə yanaşı müxalifət təmsilçiləri də yer alıblar.

Beləliklə, Suriyada Türkiyə ilə Rusiya arasındakı əməkdaşlıq davam edir. Kreml Türkiyənin Suriyadakı təhlükəsizlik maraqlarını nəzərə almış oldu. Mümkündür ki, Putin Ərdoğanı Dəməşqlə təmaslara başlamağı da razı salıb. Böyük ehtimalla Ərdoğan bu təklifi rədd etməsə də, Dəməqşlə dialoqa başlamaq üçün zamana ehtiyacı olduğunu bildirib.

Suriyada son zamanlar sürətlə inkişaf edən prosseslərlə və “Sülh Çeşməsi” əməliyyatının doğurduğu nəticələlə bağlı PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin fikirlərini öyrənib.

Natiq Miri: “Soçi anlaşmasını Türkiyənin sahədə və masada qazandığı böyük naliyyət kimi dəyərləndirmək olar”.

Türkiyənin sərhədləri boyunca terror koridorunun yaradılmasının üstündən birmənalı olaraq xətt çəkildiyini nəzərə çatdıran politoloq PİA.az-a açıqlamasında bildirib ki, bu da həm Türkiyənin, həm də regionun digər dövlətlərinin uğuru sayıla bilər. Çünki terror koridorunun yaradılması təkcə Türkiyə üçün təhlükə yaratmırdı. Bu eyni zamanda İraq və qonşu İran üçün də xüsusi böyük təhlükə yaradırdı:

“Düşünürəm ki, Soçidə Rusiya-Türkiyə prezidentlərinin görüşü nəticəsində imzalanan sənəd Türkiyənin böyük uğuru sayıla bilər. Bildiyimiz kimi Türkiyə 9 gün müddətində Suriyanın şimalındakı 220 kvadrat km əraziləri PKK-a, YPG terrorçularından təmizlədi. Həmçinin Suriyanın içərilərinə doğru 32 km əraziləri Türkiyə qoşunları terrorçulardan təmizlədi. Bu ərazilər də Türkiyənin yaratmaq istədiyi “təhlükəsizlik bölgə”sinə daxildir. “Təhlükəsizlik bölgə”yə də Suriyada məskunlaşan suriyalı məcburi köçkünlər yerləşdiriləcək.

Ayrıca “təhlükəsizlik bölgə”sindən kənarda olan bəzi ərazilər var ki, bu ərazilərə də Türkiyənin marağında olan Münbiç kimi yaşayış məntəqələri daxil idi. Türkiyənin prezidenti dəfələrlə bildirmişdi ki, Münbiçdən də PPK, YPG terrorçuları çıxarılmalıdır. Sadəcə olaraq Türkiyə Münbiçə ona görə hərbi müdaxilə edə bilmədi ki, ABŞ qoşunları Suriyadan öz qoşunlarını çəkəndən sonra elə bir vəziyyət yaratdı ki, RusiyaSuriya qoşunları daha əvvəl bu məntəqəyə girdilər. Məqsəd də o idi ki, Türkiyə-Rusiya-Suriya qoşunlarını üz-üzə qoysunlar. Bununla da münasibətləri tamamilə korlasınlar.

Ancaq göründüyü kimi Soçi anlaşmasında ABŞ-ın istədikləri alınmadı. Türkiyə sahədə qazandıqları hərbi uğurları masaya da daşıya bildi və nəticə etibarı ilə böyük siyasi uğur əldə edə bildi.

Natiq Miri: “8 il müddətində Suriyada baş verən vətəndaş müharibəsi, ayrıca dünya güclərinin Suriyaya hərbi müdaxiləsi Soçi anlaşmasından sonra başa çatacaq”.

Məlumdur ki, Türkiyənin hədəfləri 444 km sərhəd boyunca əraziləri 32 km dərinlikdə terrorçulardan təmizlənməsi idi ki, Türkiyə əslində 9 gün müddətdə, yəni keçirdiyi hərbi əməliyyatlar çərçivəsində buna nail oldu. Soçidə də bunun davamı olaraq, sadəcə Qamışlı məntəqəsi xaric digər bölgələr demək olar ki, RusiyaSuriya qoşunları tərəfindən 30 km dərinliyə qədər PPK, YPG terrorçuları bu ərazilərdən çıxarılacaq. Bu da Türkiyəyə 400 km boyunca sərhədin 32 km dərinliyində terrorçulardan təmizləməsi anlamına gəlir. Əslində əsas hədəf də 400 km çərçivədə, 32 km dərinlikdə təhlükəsizlik bölgənin yaradılması nəzərdə tutulurdu.

Düşünürəm ki, Soçi anlaşması ilə də bu məsələ tamamlanmış oldu. Həmçinin hərbi əməliyyatların bundan sonra da davam etdirilməsinə rəvac qalmadı. Ən azından bundan sonra əsgərlər ölməyəcək. Masada diplomatik uğurlardan biri də budur ki, hərbi əməliyyatlar dayandırıldı və PKK terrorçuları yaxın 150 saat ərzində “təhlükəsizlik bölgə” sərhədlərinin şərq-qərbindən təmizlənəcək. Bununla da “təhlükəsizlik bölgə” sərhədləri müəyyən olunmuş olacaq ki, “təhlükəsizlik bölgə”yə də bilavasitə türk ordusu nəzarət edəcək. Bu da Türkiyənin çox böyük geosiyasi uğurudur.

Həm də Türkiyənin sərhədləri boyunca terror koridorunun yaradılmasının üstündən birmənalı olaraq xətt çəkildi. Bu da həm Türkiyənin, həm də regionun digər dövlətlərinin uğuru sayıla bilər. Çünki terror kolidorunun yaradılması təkcə Türkiyə üçün təhlükə yaratmırdı. Bu eyni zamanda İraq və qonşu İran üçün də xüsusi böyük təhlükə yaradırdı. Bu baxımdan belə bir terror oyuncaq dövlətlə qonşu olmaq təbii ki, Yaxın Şərqdə qonşu müsəlman ölkələr üçün arzuolunan bir hadisə deyildi. Düşünürəm ki, ABŞ və İsrailin birgə düşünüb yaratmaq istədikləri bu terror layihəsinin üstündən üstündən xətt çəkilmiş oldu.

Natiq Miri: “Sunni yaradılan İŞİD təhlükəsi məsələsi də tədricən gündəmdən düşəcək”.

Həmçinin terrorçuların “təhlükəsizlik bölgə”dən təmizlənməsi ilə ABŞ-ın qoşunlarının böyük anlamda Suriyadan çıxarılması artıq Suriyada siyasi prosesin çüzümə daşınmasını daha da rahat edəcək. Bildiyimiz kimi artıq Suriyanın gələcəyi ilə konstitusiya komissiyası yaradılıb. Yəni həm Əsəd höküməti, həm də müxalifətdən ibarət bir komissiya yaradılıb ki, bu komissiya yenə də Türkiyə-Rusiya-İran dövlətlərinin birgə razılaşması əsasında mümkün olub. Bu proses bu gün Cenevrədə davam edir. Hesab edirəm ki, bu proses başa çatandan sonra artıq Suriyada müharibənin bitirilməsi və prosesin gələcəkdə siyasi çözümə daşınması mümkün olacaq. Yəni 8 il müddətində Suriyada baş verən vətəndaş müharibəsi, ayrıca dünya güclərinin Suriyaya hərbi müdaxiləsi Soçi anlaşmasından sonra başa çatacaq.

Doğrudur hələ də PPK, YPG terrorçuları Suriyanın ərazisində qalmaqda davam edəcək. Çünki bildiyimiz kimi terrorçular 32 km dərinlikdən o tərəfə çəkilib. Buna görə də həmin ərazilərdə yenə də PPK-a terrorçuları ABŞ silahları ilə var olmağa davam edəcəklər. Amma düşünürəm ki, artıq bundan sonra böyük anlamda nə Türkiyə, nə Rusiya, nə İran, nə də Suriya qoşunlarına PKK, YPG terrorçuları ciddi anlamda dirənə bilməyəcək. Bu da siyasi çözümü yaxınlaşdıracaq amillərdir.

Bütün bunlara görə də Soçi anlaşmasını Türkiyənin sahədə və masada qazandığı böyük naliyyət kimi dəyərləndirmək olar. Bir məsələni də diqqətdən qaçırmaq lazım deyil ki, bu dövlətlərin birgə səyi və əməkdaşlığı nəticəsində təkcə PPK, YPG deyil, eyni zamanda İŞİD terrorçularının da tamamilə bölgədən təmizlənməsinə rəvac veriləcək. Yəni sunni yaradılan İŞİD təhlükəsi məsələsi də tədricən gündəmdən düşəcək”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar