Cümə, 22 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Düz bağırsaq xərçəngi - əlamətləri, diaqnostikası və müalicəsi

Düz bağırsaq xərçəngi yoğun bağırsağın distal şöbəsinin epitel mənşəli bədxassəli şişidir...

Patologiya nəcis kütlələrində selik və qan qarışığı, düz bağırsaq qanaxmaları, oma və aralıq nahiyəsində ağrılar, zəiflik, arıqlama, anemiya ilə təzahür edir.

Mədə-bağırsaq traktının bədxassəli törəmələrinin 45%-i düz bağırsaq xərçənginin payına düşür. Kişilərdə bu xəstəliyə 1,5 dəfə çox rast gəlinir. Düz bağırsaq xərçənginin yaranma ehtimalı yaşla düz mütənasibdir. 40 yaşından yuxarı şəxslər risk qrupuna daxildir. Bu da düz bağırsağın epitel hüceyrələrində yaşla əlaqədar baş verən dəyişikliklərlə izah olunur. Düz bağırsaq müayinə baxımından rahat nahiyədə yerləşsə də onun xərçəngi adətən gecikmiş mərhələlərdə aşkarlanır, belə hallarda radikal müalicə üsulları az effektiv olur. Xəstələrin 5 illik sağqalma ehtimalının 40-60% təşkil etməsi bu problemin aktuallığını daha da artırır.

Yaranma səbəbləri

Düz bağırsaq xərçənginin inkişafı ilə qidalanma xüsusiyyətləri arasında asılılıq müəyyən edilmişdir. Xəstəlik adətən yağların üstünlük, sellülozanın isə azlıq təşkil etdiyi qidalara üstünlük verən şəxslərdə aşkarlanır. Ət məhsullarından çox istifadə olunması yoğun bağırsaq xərçənginə şərait yaradır. Bədxassəli şişlərin inkişaf riskini artıran amillərə yoğun bağırsağın xroniki iltihabi xəstəlikləri, qeyri-spesikik xoralı kilit, kron xəstəliyi, aiddir. Metabolik xəstəliklər (şəkərli diabet, metabolik sindrom, piylənmə) də kanserogen faktorlar sırasına daxildir.

Əlamətləri

Düz bağırsaq xərçənginin erkən mərhələləri adətən simptomsuz gedir, bu da bədxassəli prosesin vaxtında aşkarlanmasını çətinləşdirir. Şiş inkişaf etdikcə müxtəlif əlamətlərlə özünü büruzə verir. Xəstəliyin ən çox rast gəlinən təzahürlərinə qəbizlik və ya ishal, bağırsaq keçməməzliyi, anal dəlikdən qanaxmalar, naməlum etiologiyalı anemiya, qarnın aşağı hissəsində ağrı, "lentşəkilli"(«karandaşabənzər») nəcis aiddir. Onkoloji proses inkişaf etdikcə iştahsızlıq, ümumi halsızlıq, əzginlik, arıqlama halları artır.

Müalicəsi

Düz bağırsaq xərçənginin əsas müalicə üsulu şişin, qonşu toxumalar və limfa düyünlərinin cərrahi yolla kəsilib götürülməsindən ibarətdir. Müalicə taktikası xəstəliyin mərhələsi, şişin ölçüsü, limfa düyünlərinin, digər toxuma və orqanların metastatik zədələnmə dərəcəsindən asılıdır. Şişin ətraf toxumaların dərin qatlarına yayılması, çoxsaylı metastazların olması əməliyyata göstəriş sayılır. Bu müalicə üsulu bağırsaq mənfəzinin açılması və xəstənin vəziyyətinin yaxşılaşdırılması üçün şişin xaric edilməsindən ibarətdir. Gecikmiş mərhələlərdə sağalma mümkün deyil. Əksər hallarda bədxassəli hüceyrələrin yayılmasını ləngitmək məqsədilə şişin cərrahi müalicəsi kimya və ya radio-şüa terapiyası ilə birgə aparılır.

Kimyaterapevtik müalicə xərçəng hüceyrələrinin böyüməsini zəiflədən dərman preparatları ilə icra olunur. Təəssüflə qeyd etmək lazımdır ki, kimyaterapiyada istifadə olunan sitotoksik preparatlar xərçəng hüceyrələrinə yüksək spesifikliyə malik deyil. Belə müalicənin yan təsirləri çoxdur. Lakin düz bağırsaq xərçəngi vaxtında aşkarlandıqda cərrahi müalicə ilə kimyaterapiyanın müştərəkliyi müsbət effekt verir, xəstəliyin residiv riskini əhəmiyyətli dərəcədə azaltmaqla pasiyentlərin sağalma ehtimalını yüksəldir.

Düz və yoğun bağırsağın xərçəngində şüa terapiyası bəzən şişin cərrahi yolla xaric edilməsindən sonra residivlərin profilaktikası, eləcə də törəmələrin ölçülərinin kiçildilməsi və simptomatikanın yüngülləşdirilməsi məqsədilə tətbiq olunur.(medici.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar