Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavad Zərif: "BMT qətnamələri şəxsi siyasi ambisiyalar üçün qurban verilir”

Qərbi Asiya qlobal nizamın pozulmasından çox əziyyət çəkir...

“Diplomatiyaya, çoxtərəfli və beynəlxalq əməkdaşlığa qarşı artan hörmətsizlik dünyada problemləri və qeyri-müəyyənliyi daha da artırıb. Görünür beynəlxalq hüquq, çoxtərəfli sazişlər, BMT Təhlükəsizlik Şurasının qətnamələri və sivil davranış normaları şəxsi siyasi ambisiyalar üçün qurban verilir”.

Bunu Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII Zirvə Toplantısı çərçivəsində Bakıda keçirilən Nazirlərin hazırlıq görüşündə İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

İranlı nazir bildirib ki, Qərbi Asiya qlobal nizamın pozulmasından çox əziyyət çəkir: “Qoşulmama Hərəkatının ən vacib məqsədlərindən biri olan Fələstinin öz müqəddəratını təyinetmə hüququ ABŞ-ın birtərəfli və dağıdıcı siyasətinə məruz qalır. Xüsusilə Qüds və Colan təpələri ilə bağlı qanunsuz və təhlükəli mövqeləri qeyd etmək istərdim”.

Onun sözlərinə görə, ABŞ-ın dəstəyi ilə Yəməndə aparılan müharibənin regional dəhşətləri nəzarətdən çıxmaq təhlükəsi ilə nəticələnəcək, bölgədə və ondan kənarda vəziyyətin daha da kəskinləşməsinə və etibarsızlığa səbəb olacaq: “İranın öz öhdəliklərinə tam riayət etməsinə baxmayaraq, ABŞ-ın Hərtərəfli Birgə Fəaliyyət Planı sazişindən geri çəkilməsi bölgəmizdə və kənarda pozucu bir elementə çevrilib. İran xalqını hədəf alan ABŞ-ın apardığı iqtisadi müharibə bəşəriyyətə qarşı yalnız qəsdən elan edilmiş cinayət deyil, həm də beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdiddir. ABŞ-ı təhlükəli kursundan geri çəkilməyə məcbur etmək üçün beynəlxalq ictimaiyyətin vahid mövqeyinə ehtiyac var”.

Cavad Zərif qeyd edib ki, ABŞ-ın bu siyasi kursunun qarşısını almaq və ya heç olmasa bu kursun təsirini azaltması üçün Qoşulmama Hərəkatına üzv ölkələrinin sıx əməkdaşlıq, kollektiv və yenilikçi düşüncə ilə bir-birinə yaxınlaşması vacibdir: “Prezident Ruhaninin bu ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatında təqdim etdiyi Hörmüz Barışıq Cəhdi belə səylərdən biridir. Bu, dialoq, qarşılıqlı hörmət və bərabərhüquqluluq, suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərin toxunulmazlığına hörməti təşviq etmək məqsədi daşıyır. Bir daha qonşularımızı və Qoşulmama Hərəkatındakı bütün tərəfdaşlarımızı Hörmüz Barışıq Cəhdini zənginləşdirmək və həyata keçirmək üçün bizimlə çalışmağa dəvət edirik”.

İran XİN başçısı sammitin təşkilinə və yüksək qonaqpərvərliyə görə Azərbaycan xalqına və hökumətinə təşəkkür edib.(APA)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar