Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Livanda siyasi böhran – Yaxın Şərqdə baş verənlər fonunda bu ölkədə nələr baş verir?

İran-ABŞ və İran-İsrail, o cümlədən İran-Səudiyyə qarşıdurmasının pik səviyyədə olduğu indiki vaxtda Livandakı siyasi böhran hansı nəticələr doğura bilər?...

Politoloq: “Əgər Livanda dəyişiklik baş verəcəksə, bunun əsas geosiyasi nəticəsi İranın Yaxın Şərqdə formalaşdırdığı “Şiə hilalı”nın ortadan qaldırılması, bəlkə də xəritədən silinməsi demək olacaq”.

“Livan o qədər qarışıq və çoxqütblü bir siyasi mənzərəyə sahibdir ki, burda bir çox ölkələr nəzarəti ələ keçirmək üçün böyük güclər mübarizəyə başlayıblar. Son nəticədə isə İranı ordan çıxarmaq və “Şiə hilalı”na son qoymaq istəyirlər. Təbii ki, bu, ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və digər İrana düşmən olan ölkələrin planına aiddir. Lakin Rusiyanın, və bölgədəki digər oyunçuların da Livanda öz maraqları və strategiyaları var”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Livandakı siyasi böhranı PİA.az-a şərh edərkən qeyd edib.

Suriyada Bəşər Əsədin güclənməsi fonunda Livanda siyasi böhran güclənir. Hökümətin istefasını tələb edənlər arasında xristian maronitlər və iranpərəst Hizbullah da yer alır. Küçələrə çıxan yüz minlərlə etiraz hərəkatının iştirakçıları baş nazir Saad Haririnin koalisiya kabineti tərəfindən təsdiqlənən antiböhran planının qəbuledilməz olduğunu elan ediblər. Nümayişçilər tərəfindən isə sənəd qəbul olunub və sənəddə deyilir ki: “Hökumət vaxt qazanmaq istəyir və bilərəkdən mümkün olmayan həll yolları təklif edir. Hamını etiraz aksiyalarında iştirak etməyə, kabinetin istefasını və erkən parlament seçkilərini keçirməyə çağırırıq”.

Bundan əvvəl Hariri hökuməti Baabdakı prezident sarayında keçirilmiş iclasda iqtisadiyyatın sabitləşdirilməsi üçün tədbirlər proqramını və 0.6% kəsir ilə 2020-ci maliyyə ili üçün dövlət büdcəsi layihəsini təsdiqləyib.

Ölkəni bürüyən kütləvi etiraz dalğasına cavab olaraq Nazirlər Kabineti yeni vergilər tətbiq etməkdən boyun qaçırıb və nazirlərə, parlament üzvlərinə maaşların 50% endirildiyini elan edib. Hakimiyyət yoxsullara təcili maddi yardım göstərəcəyini və sosial-iqtisadi sahədə islahatlar aparacağını vəd edib.

Livandakı siyasi böhranın hansısa geosiyasi səbəbləri görünürmü və Suriyada Əsəd rejiminin mövqelərinin güclənməsindən, eyni zamanda İran-ABŞİran-İsrail, o cümlədən İran-Səudiyyə qarşıdurmasının pik səviyyədə olduğu indiki vaxtda Livandakı böhranı daha çox hansı oyunçular tətikləyə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Bu gün Livanda siyasi böhranın yaranması İranın Yaxın Şərqdən sıxışdırılması və çıxarılması planının əsas tərkib hissəsini təşkil edir”.

Livandakı mübarizənin, böhranın olmasının İranın Yaxın Şərqdən sıxışdırılması və çıxarılması planının əsas tərkib hissəsini təşkil etdiyini düşünən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, əgər Livanda İranın təsiri zəifləsə, bu həm də İranın Hizbullah üzərində təsirinin azalması deməkdir:

“Livan Yaxın Şərqin fərqli, bir çox qeyri-ənənəvi xüsusiyyətləri ilə fərqlənən ölkələrindən biridir. Ölkənin bir çox spesifik xüsusiyyətləri var. Məsələn, burada xristiyan ərəblərlə, sünni və şiə müsəlmanlar arasında ciddi problemlər var və bu problemlər bir zamanlar vətəndaş müharibəsinə səbəb olub. Müharibədən sonra əldə olunan razılaşma hər üç icmanın hakimiyyəti bölüşməsi ilə nəticələnib və bu Livan konsitutsiyasında təsbit olunub.

Uzun illər bu ölkədəki müxtəlif icmalar arasında mübarizə ölkədəki siyasi sistemin çox zəif formalaşmasına səbəb olub və bu siyasi sistem hər an dağıla bilər. İndi isə bu ölkə uğrunda xarici güclər arasında amansız mübarizələr gedir və bu Livanın gələcəyi, o cümlədən indiki siyasi sistemi üçün çox təhlükəlidir.

Qeyd edim ki, Livan İranın Yaxın Şərqdə formalaşdırdığı “Şiə hilalı” deyilən geosiyasi anklava aid olan ölkələrdəndir. Həmçinin, qeyd etdiyimiz kimi bu ölkə çoxmillətli, çoxdinlidir. Orada xristianlar, müsəlmanlar və digər dinlərin daşıyıcıları yaşayırlar. Yeri gəlmişkən, Livanda böyük erməni icması yaşayır. Beyrutda ayrıca erməni məhəllələri var.

Məlumdur ki, uzun illər Livanın üzərində İranın nəzarəti çox güclü olub və bu nəzarət indi də var. Livandakı bütün siyasi-ictimai proseslərə İran yaxından təsir edir. Bundan başqa Suriya və İsrail də Livanın siyasi həyatına birbaşa siyasi və hərbi müdaxilə ediblər. Səudiyyə Əərbistanı isə Livanın sünni icmasının əsas müdafiəçisi rolunda çıxış edir. Hətta Livanda hökumətin formalaşması prosesində bu dörd ölkənin mühum rolu olub və bu alans artıq pozulmaq üzrədir.

Lakin Livanın ən böyük siyasi gücü İrandan dəstək alan hərbiləşdirilmiş “Hizbullah” təşkilatıdır. “Hizbullah”ın siyasi və hərbi qanadları birbaşa İrana tabe olur. Baxmayaraq ki, ABŞ və İsrail “Hizbullah”ı terrorist təşkilat kimi qəbul edir, bu gün Suriyada gedən vətəndaş müharibəsində “Hizbullah” əsas oyunçulardan biri hesab olunur.

Livan Yaxın Şərqin o ölkələrindəndir ki, ABŞ-ın terrorist elan etməsinə baxmayaraq “Hizbullah” orada kabinetdə bir neçə nazir postunda təmsil olunub və parlamentdə söz sahiblərindən biridir.

O da məlumdur ki, Suriya, Livan, Yəmən, İraq İranın geosiyasi nəzarətində olan ölkələrdir. Artıq demək olar ki, Suriya dağıdılıb. Amma İran orda həm “Hizbullah”, həm də İnqilab Keşikçiləri Korpusu vasitəsi ilə Bəşər Əsədin hakimiyyətdə qalmasını təmin edir. Bəşər Əsədin ordusunun əsas hissəsini də “Hizbullah” döyüşçüləri təşkil edir. Ümumilikdə isə Bəşər Əsəd Rusiyadan daha çox İranın dedikləri ilə oturub durur və Tehranın marionetkasıdır.

Artıq neçə ildir ki, Yəməndə İranın mövqelərinə qarşı “Ərəb Koalisiyası” şiə “Husi”lərlə müharibə edir. Buna baxmayaraq “Husi”lər İranın yardımı ilə Yəmənin çox böyük hissəsinə nəzarət edirlər və “Ərəb Koalisiyası”na qarşı uğurla mübarizə aparırlar.

Nəzakət Məmmədova: “Əgər İran Livanda öz mövqeyini qoruyub saxlayacaqsa, bu Hizbullahın güclənməsi, İsrailin təhlükəsizliyinin daima təhdid altında olması və İranın Yaxın Şərqin geosiyasisətində aktiv iştirakı deməkdir”.

Hazırda Livanda gedən prosseslər isə Livanda çaxnaşma yaradıb bu ölkəni İranın nəzarətindən çıxarmaqdır. Livan o qədər qarışıq və çoxqütblü bir siyasi mənzərəyə sahibdir ki, burda bir çox ölkələr nəzarəti ələ keçirmək üçün böyük güclər mübarizəyə başlayıblar. Son nəticədə isə İranı ordan çıxarmaq və “Şiə hilalı”na son qoymaq istəyirlər. Təbii ki, bu, ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və digər İrana düşmən olan ölkələrin planına aiddir. Lakin Rusiyanın, və bölgədəki digər oyunçuların da Livanda öz maraqları və strategiyaları var.

Bu gün Livanda siyasi böhranın yaranması İranın Yaxın Şərqdən sıxışdırılması və çıxarılması planının əsas tərkib hissəsini təşkil edir. Əgər Livanda İranın təsiri zəifləsə, bu həm də İranın Hizbullah üzərində təsirinin azalması deməkdir. Yəni əgər Livanda dəyişiklik baş verəcəksə, bunun əsas geosiyasi nəticəsi İranın Yaxın Şərqdə formalaşdırdığı “Şiə hilalı”nın ortadan qaldırılması, bəlkə də xəritədən silinməsi demək olacaq. Necə ki, bunu Suriyada, İraqda, Yəməndə ediblər. Yəni bu gün Yaxın Şərqdə baş verən prosseslərin əsas strategiyalarından biri və birincisi “Şiə hilalı”nı yox etməyə yönəlib.

Livan Yaxın Şərqdə İranın son istinad ölkələrindən biridir. Əgər Livan üzərində də İranın təsiri azalacaqsa və oradan çıxarılacaqsa, bu İranı xeyli dərəcədə nüfuz imkanlarından məhrum edəcək. Və İranın Yaxın Həm də məlumdur ki, Livan ərazisindən Hizbullah İsrailə mütəmadi olaraq hücumlar edir. İsrailin təhlükəsizliyinin təmin olunması üçün İranın Livandan çıxarılması planlara daxildir.

Əgər İran Livanda öz mövqeyini qoruyub saxlayacaqsa, bu Hizbullahın güclənməsi, İsrailin təhlükəsizliyinin daima təhdid altında olması və İranın Yaxın Şərqdə geosiyasi iştirakı deməkdir. Yox, əgər Livandakı böhran nəticəsində İran öz mövqelərini itirəcəksə, bu İranı Yaxın Şərqdə zəiflədəcək.

Görünür ki, Suriyadan çıxarılan ABŞ İranı Livan istiqamətindən sıxışdırmaq qərarına gəlib. Yəni, ABŞ və müttəfiqləri öz mövqelərini Livanda gücləndirməyi planlaşdırırlar. Təbii ki, bu istiqamətdə ABŞ-a İsrail, Səudiyyə kömək edir.

Bu baxımdan İran-ABŞ, İran-Səudiyyə Ərəbistanıİran-İsrail mübarizəsi hazırda Livanda davam edir. Lakin Livan kimi mürəkkəb şəraiti olan ölkələrdə heç bir güc axıradək tab gətirə bilmir. Odur ki, alovlanan bu mübarizənin müvəqqəti qalibi ola bilər, lakin əbədi qalibi olmayacaq”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar