Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Muhəmməd peyğəmbərin (s) siması Bibliyada

Avvakum Peyğəmbər (ə) buyurur: "Onun yolları əbədidir"...

Bibliyada "Avvakum Peyğəmbərin kitabı"nda yazılıb: "...Müqəddəs şəxs Faran dağından zühur edəcək. Səma onun böyüklüyü ilə örtüldü, yer isə onun şərəfi ilə doldu... O, qalxdı və yeri titrətdi, baxdı və xalqları vahiməyə saldı. Əsrlik dağlar yıxıldı, ilkin təpələr dağıldı. Onun yolları əbədidir" (Avvakumun kitabı, 3-cü fəsil, 3-6-cı cümlələr).

Avvakum Peyğəmbər (ə) də Həzrət Muhəmmədin (s) ilahi risalətinin Məkkədən başlanacağını bilirmişdi. Həzrət Muhəmmədin (s) əzəməti qarşısında ən adlı-sanlı hökmdarlar, alimlər və cəngavərlər özlərini itirib məğlub oldular. Əsrlik dağlara və qədim təpələrə bənzədilən nəhəng imperiyalar müsəlman qoşununa baş əydi. Sasani və Bizans imperiyaları kimi azman dövlətlər İslamın bayrağı qarşısında diz çökdü. İslamın və onun böyük peyğəmbərinin şöhrəti dünyanı bürüdü.

İslam əvəzolunmaz, məğlubedilməz dindir. Həzrət Muhəmməd Peyğəmbərin (s) şəriəti qiyamət gününədək öz gücünü saxlayacaq. İslamın yüksəliş dövrü hələ qarşıdadır. Elə buna görə də Avvakum Peyğəmbər (ə) buyurur: "Onun yolları əbədidir".

Zəburda Həzrət Muhəmmədin (s) adı çəkilib

Bibliyada "Süleymanın nəğmələr nəğməsi" kitabı Həzrət Süleyman Peyğəmbərin (ə) öz xəyali sevgilisi barəsində qoşduğu şeirlərdən ibarətdir. Təsvir olunan sevgili obrazının xüsusiyyətlərindəki ziddiyyətlər bunu söyləməyə imkan verir ki, şeirlərin mətni xeyli təhrif olunub. Kitabın 5-ci fəslinin 16-cı cümləsində Həzrət Süleyman (ə) öz xəyali sevgilisini bu sözlərlə vəsf edir: "Onun sözləri şirindir, o, tamamilə lütfdür. Bax, budur mənim məhbubum və mənim dostum, ey Yerusəlim qızları!"

Həzrət Süleymanın (ə) sözlərinin yəhudicə orijinalına diqqət yetirsək, aydın olar ki, bunlar adi bəşəri hislərin təsiri altında qadın cinsi üçün deyilməmişdir. Bu sözlərin dərin irfani məna yükü vardır. Orijinalda cümlə belə səslənir: "Hikku məmtəqqim, vi kulu Muhəmmədim, zih dudi vi zih rii, binut Yiruşalam!" Süleyman Peyğəmbər (ə) Allahın sonuncu rəsulu Muhəmməd əleyhissəlamı ən gözəl ifadələrlə vəsf edir və onu "məhbubum", "dostum" adlandırır. Hazırki Bibliya mətnlərində "lütf" kimi tərcümə olunmuş kəlmə isə əslində İslam Peyğəmbərinin adıdır.

İncildəki müjdə

Həzrət Muhəmməd Peyğəmbər (s) barəsində xəbərlər İncildə də qalmışdır. Biz kilsə tərəfindən qeyri-qanuni elan olunmuş Barnaba İncili barədə danışmayacağıq. Yalnız kilsənin qanuni mətnlərdən biri kimi tanıdığı İohann İncilindəki əlamətləri araşdıracağıq.

Həzrət İsa Məsihin (ə) öz həvariləi ilə son görüşü İohann İncilində ətraflı təsvir olunmuşdur. İsa (ə) yemək süfrəsi arxasında həvarilərlə halallaşıb onlara son tapşırıqlarını verirdi. İsanın (ə) sözləri tərcümədə belə səslənir:

"Mən də Atadan (burada Allah nəzərdə tutulur) xahiş edərəm, O, sizə başqa Təsəlliverici göndərər ki, əbədi olaraq sizinlə qalsın" (14-cü fəsil, 16-cı cümlə). "Ata tərəfindən sizə göndərəcəyim Təsəlliverici, yəni Atadan çıxan həqiqət ruhu gəldiyi zaman məni təsdiq edəcək" (15-ci fəsil, 26-cı cümlə). "Mən sizə düzünü deyirəm: mənim getməyim sizin üçün daha yaxşıdır. Çünki mən getməsəm, Təsəlliverici yanınıza gəlməyəcək. Əgər mən getsəm, onu sizə göndərərəm. O, gələndə dünyadakı günahları, yalanları və haqsız hökmləri ifşa edəcək... O, yəni həqiqət ruhu gələndə sizi həqiqətə doğru hidayət edəcək. Çünki o, özündən danışmayacaq, yalnız eşitdiyini deyəcək və gələcək barədə xəbər verəcək" (16-cı fəsil, 8-ci və 13-cü cümlələr).

Əvvəla, bunu deyək ki, o biri İncillər kimi İohann İncili də hal-hazırda yunan dilindədir. Halbuki, Həzrət İsa (ə) və onun şagirdləri yunan yox, arami dilində danışırdılar. Demək, İncillərdəki heç bir söz İsanın (ə) dilindən çıxan kəlmələrin orijinalı deyil. İohann İncilindəki Həzrət İsanın (ə) sözləri də yalnız tərcümədir.

İohann İncilinin yunanca mətnində işlənmiş "paraklitos" sözü "təsəlliverici", bəzən isə "müdafiəçi, vəkil" kimi mənalandırılır. Əslində isə "paraklitos" sözü leksik baxımdan yunan dilinin tam ziddinədir və "periklitos" kəlməsinin dəyişdirilməsi nəticəsində yaranıb. İohann İncilinin ilkin yunan variantında "periklitos" ifadəsi işlənib, sonralar qərəzli məqsəd üzündən dəyəşdirilib "paraklitos" şəklinə salınıb.

Görəsən, bu təhrifin səbəbi nədir?

Yunan dilindən tərcümədə "PERİKLİTOS" (PERIQLYTOS) "çox bəyənilmiş, çox təriflənmiş" mənalarını bildirir. Bu sözün ərəb dilində qarşılığı isə "Əhməd"dir. Deməli, Həzrət İsa (ə) həvarilərinə xitabən nitq söyləyərkən İslam Peyğəmbərini ən məşhur ləqəbi ilə "Əhməd" adlandırmışdır (bax, Qurani-Kərim, Saff surəsi, 6-cı ayə). İncil qələmə alınarkən bu söz yunan dilinə "periklitos" kimi tərcümə olunmuş, daha sonra təhrif edilərək "paraklitos" (təsəlliverici) şəklinə salınmışdır.

Bəli, bu həmin Muhəmməd Peyğəmbər (s) - Əhməddir ki, Həzrət İsa (ə) onun insanlarla əbədi qalacağını (yəni şəriətinin əbədi olacağını), bəşəriyyəti doğru yola və həqiqətə sarı hidayət edəcəyini, günah və yalanların, haqsız hökmlərin iç üzünü açacağını, özündən deyil, Allah adından vəhylə danışacağını müjdə verirdi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar