Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ailə başçısını itirənlərin pensiya, yaxud müavinət almaq hüquqları olacaq

Ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsi ilə əlaqədar istisna hal müəyyənləşdirilir...

APA-nın məlumatına görə, bu, “Sosial müavinətlər haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Milli Məclisin 12,13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilən “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin onlardan hər birinə düşən məbləği “Sosial müavinətlər haqqında” qanun ilə müəyyən edilmiş ailə başçısını itirməyə görə sosial müavinətlərin məbləğindən az olduqda, əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər biri ailə başçısını itirməyə görə pensiya əvəzinə ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququna malik olacaq.

“Sosial müavinətlər haqqında” qanuna təklif edilən dəyişiklik də “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklə əlaqədardır. Belə ki, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə nəzərdə tutulan həmin şəxslərə ailə başçısını itirməyə görə sosial müavinətin 2020-ci il yanvarın 1-dən əvvəlki dövr üçün təyin edilməsinə, yenidən hesablanmasına yol verilməyəcək.

Layihə qəbul ediləcəyi halda, bu müddəa gələn il yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, yaşa görə əmək pensiyası almaq hüquq verən yaş həddinin artırılması nəticəsində ümumi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası və sosial müavinət almaq hüququ verən yaşlar arasında ciddi uyğunsuzluq yaranıb. Hazırda bu uyğunsuzluqların aradan qaldırılması zərurəti yaranıb. Sosial müavinətlər haqqında qanuna edilməsi nəzərdə tutulan dəyişikliklər məhz ailənin maddi durumunun yaxşılaşması məqsədi ilə ona ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət seçmək hüququnun verilməsi məqsədi daşıyır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar