Şənbə, 07 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Belarus Parlamentinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfər edəcək

Vladimir Andreyçenko Azərbaycana səfər edəcək...

Belarus Parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko Azərbaycana səfər edəcək.

APA-nın BELTA agentliyinə istinadən verdiyi xəbərə görə, Vladimir Andreyçenkonun səfərinin məqsədi oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının 18-ci Zirvə toplantısında iştirak etməkdir.

V. Andreyçenko Qoşulmama Hərəkatının Avropa ölkələri qrupunun təmsilçisi kimi Zirvə toplantısının açılış və bağlanış mərasimlərində çıxış edəcək.

Belarus Parlamentinin Nümayəndələr Palatasının sədri oktyabrın 25-də Milli Məclisin Sədri Oqtay Əsədovla da görüşəcək.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar