Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çəkişməli razılaşma: Türkiyə “uğur” deyəndə nə başa düşür?

ABŞ-la Türkiyə arasında əldə olunan 13 maddəlik razılaşma barədə hər iki ölkədə müzakirələr davam edir...

Ahmet Gürsoy

“Yeniçağ” qəzeti, Türkiyə, 21 oktyabr 2019-cu il

Türkiyədə İstanbul Bələdiyyə Sədri seçkilərindəki məğlubiyyətdən sonra AKP siyasi meydanda olduqca zəiflədi. 

17 illik iqtidar prosesinin sonu iddia edildiyi kimi zəfərlə nəticələnmədi.

ABŞ-da Tramp adminstrasiyasına qarşı aparılan “vəzifədən uzaqlaşdırma” müzakirələri də siyasi gözləntiləri qarşılamayıb. Tramp rəhbərliyinin Yaxın Şərq siyasətini müzakirə edən ABŞ-ın müxalif qrupu uğursuzluq gördüklərini qeyd ediblər. Tramp adminstrasiyası isə: “Amerikalılar heç bir itki vermədən Türkiyəni razı saldıq və müttəfiqimiz olan PYD/PKK qüvvələrini məhv olmaqdan xilas etdik”, deyib.

Bəs əslində nə baş verdi?

Əvvəlcə amerikalılardan başlayaq:

1. ABŞ Suriyanın şimalında bir neçə yaşayış məntəqəsi və hərbi dəstəni Rusiyaya və eyni zamanda rejim qüvvələrinə buraxıb;

2. Türkiyə sərhədinin cənubundakı 120 km-lik sahədə hələlik Türkiyəni saxlayır;

3. ABŞ daxili siyasətində vəzifədən uzaqlaşdırma müzakirələri Trampı gücləndirdi. Tramp adminstrasiyası üçün bu durum iflasın qarşısını almaqdır, lakin müzakirəyə son qoyulmur.

Türkiyəyə gəldikdə isə:

1. Türkiyənin hazırda ən böyük uğuru PKK/PYD dəstələrinin qarşısını almasıdır.

2. Türk hərbi dəstəsi bütün dünya hüquq qaydalarına və insan haqlarına əsaslanaraq mübarizə aparmağın yolunu göstərir və bu, böyük uğurdur. Belə bir uğuru nəzərə aldıqda deyə bilərik ki, hərbi uğurlar diplomatik prosesin də inkişafına təkan verir. Ona görə də, bu nəticə gəlmək olar ki, Türkiyənin əsl uğuru hərbi əməliyyatlardır.

Bəs itkilər nədir?

1. Ən böyük itki, şübhəsiz ki, şəhidlərdir. Onlara Allah rəhmət eləsin.

2. 900 kilometrlik Suriya sərhədinin hamısına nəzarət etmək olmur. Bu vəziyyətdə Türkiyə hədəflərinə çata bilməyib. Xüsusilə də çox önəmli hesab edilən Əyn əl-Ərəb və Mənbic ərazisi yeni bir böhran bölgəsi kimi önə çıxır. Türkiyə Fəratın şərqində 120 km uzunluqda və 30 km dərinlikdədir.

3. Türkiyə İŞİD kimi bir terror təşkilatının qəzəbinə düçar oldu. Buna görə daha sonra nələr olacağını hələ bilmirik.

4. Bu 13 maddəlik razılaşma əvvəla Türkiyə dövlətinin təhdid edilməsi nəticəsində, yəni ABŞ basqısı altında imzalanıb. Ən dəhşətlisi isə odur ki, Türkiyə Respublikası prezidenti və ailə üzvləri bütün dünyanın gözü qarşısında təhdid edilib. “Halkbank” kimi elitaların mülkiyyətinin təhdid edilməsi diplomatiyaya da zərbə vurdu. Bu durum Türkiyə rəhbərliyi tərəfindən gözardı edildi. Xüsusilə də, “Sülh Çeşməsi” Hərəkatının başladığı gün Trampın Türkiyəyə göndərdiyi məktub da cavabsız qaldı. Beləliklə, bu hadisə də gözardı edildi.

“Məktubu zibilə atdıq”, “Sülh Çeşməsi ilə cavab verdik”, kimi açıqlamalar sadəcə bir müdafiə mexanizmidir və bununla da şəxslər özlərini aldatmaqdan başqa heç nə etmirlər. Məktubun niyə günlərlə gizlədilməsi də sual altındadır. Əgər məktub gəldiyi gün Türkiyə hökuməti məktubu yayımlayıb, “bu da bizim cavabımız” deyərkən hərəkata başlasaydı, o zaman hər kəs Türkiyəyə hörmətlə yanaşardı. Lakin məktubu gizlədən və ABŞ tərəfi bunu ortaya çıxarandan sonra “elə dedik, belə cavab verdik” demək heç də inandırıcı deyil.

Nəticə: Bu qədər təhdidlərdən və təhqirlərdən sonra qazanılmış bu “uğur” daha çox, döyülən uşağa sonradan dişlənmiş şokolad verməyə bənzəyir. Yəni Türkiyənin uğur dediyi şey “dişlənmiş şokolad parçası”dır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar