Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat Fazil Mustafadan vitse-spikerə sərt cavab

"Oqtay Əsədovun yanında nüfuzunu artırmaq üçün fədakarlıq edir"...

“Bu gün Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin iclasında şəxsimə yönəlik atmacalarla ilə gündəmə gəlib. İclasda iştirak etmədiyimdən bu haqda məlumatları internet saytlarından oxudum”.

Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa parlamentdə barəsində deyilən sözlərə cavab verərkən deyib.

Fazil Mustafa Feysbuk səhifəsində yazıb ki, Ziyafət Əsgərovun barəsində irad səsləndirmədiyi halda, onun belə açıqlama ilə çıxış etməsi təəccüb yaradır: “Sonra anladım ki, hörmətli Ziyafət müəllim Milli Məclis Sədrinin yanında nüfuzunu artırmaq üçün belə bir fədakarlıq göstərib. Əgər belədirsə, o halda Ziyafət müəllimin bu taktikasına anlayışla yanaşmalıyıq. Məni narahat edən, sadəcə, bir elmlər doktorunun, konstitusiya professorumuzun bizim çıxışlarımızı telefonla çəkərək sosial şəbəkələrdə paylaşmağımızı selfe çəkdirmək kimi qiymətləndirməsidir.

Görünür, hörmətli professor konstitusiyanın insan hüquqları ilə bağlı maddələrini və Milli Məclis deputatlarının hüquqlarına aid müddəaları çoxdandır gözdən keçirməyib. Milli Məclisdə etdiyi çıxışları istədiyi formada yaymaq deputatın hüququdur və məhz bu hüququ tanımayanların sayəsində Milli Məclisin nüfuzu aşağı düşür”.

Xatırladaq ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədrinin birinci müavini Ziyafət Əsgərov Fazil Mustafanın bir neçə gün əvvəl verdiyi müsahibədə “Milli Məclis rəhbərliyi deputatların çıxışının yayılmasına imkan vermir” açıqlamasına toxunub.

Z.Əsgərov qeyd edib ki, Milli Məclis ciddi orqandır: “Fazil Mustafa, Siz burada “selfie”, foto çəkdirib özünüzü reklam etdirmək istəyirsinizsə, öz işinizidir. Bunu Milli Məclis rəhbərliyinin adına yazmayın. Bura “selfie” çəkmək yeri deyil, ciddi orqandır, burada qanunlar yaradılır. O, sonra da deyir ki, iqtidar tənqidlərə dözümlü yanaşmalıdır. Razıyam, amma tənqidə… Böhtana, təhqirə, yalana, şərə deyil. Fazil Mustafa deyir ki, müxalifət iqtidarı lap ağır tənqid etsə də, buna dözümlü yanaşın. Bəyəm iqtidarın cavab vermək hüququ yoxdur? Belə çıxır ki, müxalifət iqtidara şər-böhtan ata bilər, amma iqtidarın cavab vermək hüququ yoxdur…

Bu, artıq qeyri-demokratik olur. Sən deyirsən, mən də cavabını verməliyəm. Fazil Mustafa televiziyalarda çıxışlar edir, sosial şəbəkələrdə yazılar yazır, onun fəaliyyətini kim məhdudlaşdırır ki?”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar